SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Qorbaçov əsəbindən qışqırırdı ki..."

© Sputnik / Murad OrucovCahangir Nəcəfov, Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri
Cahangir Nəcəfov, Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri - Sputnik Azərbaycan
Abunə olmaq
"20 yanvar faciəsindən 5 gün sonra indiki Rusiya Fedarasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərliyi ilə Bakıya gələn Rusiya nümayəndə heyətinin hamısı hiddətlə deyirdi ki, belə vəhşilik olmaz"

“Qorbaçov əsəbindən qışqırırdı ki...”
BAKI, 18 yan — Sputnik."1990-cı ilin 20 yanvar faciəsi zamanı Rusiyanın ziyalıları və sadə adamlarının hamısı Azərbaycan xalqının tərəfindəydi". Bu fikirləri yanvarın 18-də Sputnik Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirən Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) Ali Sovetinin o zamankı sədri Elmira Qafarovanın keçmiş müşaviri Cahangir Nəcəfov bildirib.

Sputnik xəbər verir ki, faciənin ildönümünə həsr olunan mətbuat konfransında bildirilib ki, qanlı hadisələrdən təxminən beş gün sonra Bakıya SSRİ Ali Sovetinin nümayəndə heyəti gəlib: "Nümayəndə heyətinin başçısı da indiki Rusiya Fedarasiya Şurasının sədri Valentina Matviyenko durmuşdu. Onlarla xəstəxanalara, morqa getdik. Hərbiçilərlə görüşdük. Səfərə gələn Rusiya ziyalılarının hamısı hiddətlə deyirdilər ki, belə vəhşilik olmaz".

C.Nəcəfov 20 yanvar faciəsinə aparan səbəblər üzərində dayanaraq o dövrdə baş verən siyasi gərginliyə diqqəti yönəldib: "SSRİ-İran sərhəddinin Azərbaycan hissəsinin sökülməsi ittifaq rəhbərliyində böyük qıcıq yaratmış və respublikaya ordu yeridilməsi qərarının verilməsinə təsir göstərən faktorlardan olmuşdu".

Xatırladaq ki, Sovet rəbərliyinin yürütdüyü milli siyasətə etiraz edən azərbaycanlılar Naxçıvan Muxtar Respublikası, Cəlilabad rayonu və bir sıra sərhəd məntəqələrini əhatə etməklə, izdihamlı aksiyalar keçirmiş və İran azərbaycanlıları da sərhədin əks tərəfində onlarla həmrəylik nümayiş etdirmişdilər. C.Nəcəfov iddia edir ki, həmin dövrdə Respublika ətrafında ciddi siyasi oyunlar gedirdi və 1990-cı ilin yanvarın 11-dən 13-ə qədər o vaxtkı Nasosnı (indiki Tağıyev qəsəbəsi) qəsəbəsində olan hərbi aerodroma təyyarələrlə 11 mindən artıq hərbçi və rezervist gətirilmişdi.

İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin Prezident təqaüdü artdı

Cahangir Nəcəfov bildirir ki, SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Dağlıq Qarabağda fövqəladə vəziyyət elan etməklə SSRİ konstitusiyasını kobud şəkildə pozmuşdu: "Yanvarın 14-də Elmira Qafarova ilə birgə Moskvaya uçduq. 15-i səhər saat 11-da Ali Sovetin Rəyasət Heyətinin iclası olmalıydı. Bakıda da Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti yığılıb razılıq verməliydi ki, Dağlıq Qarabağda və İranla sərhədyanı bölgələrdə fövqəladə vəziyyət elan olunsun. Maraqlısı budur ki, Azərbaycan Ali Sovetində kvorum yığılmadı və razılıq əldə olunmadı. Moskvada isə iclası saat 3-ə kimi təxirə saldılar".

O, Mixail Qorbaçov çox əsəbi olduğunu deyib: "Hətta qışqırırdı. O vaxtkı Azərbaycan rəhbərliyi Qarbaçovu aldadıb ki, kvorum və razılıq var. Bu həm cinayətdir, həm də xəyanətdir. Azərbaycandan bu "cinayətkar" razılığı alandan sonra SSRİ Ali Soveti yığılır, Dağlıq Qarabağda və sərhədyanı bölgələrdə fövqəladə vəziyyət elan edilir".

Xatırladaq ki, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Bu siyasi səhvin davamı olaraq, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Respublikanın rayonlarında 147 nəfər öldürüldü, 744 nəfər yaralandı və külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi. 20 yanvar hər il Azərbaycanda ümummilli matəm günü kimi qeyd olunur.

Xəbər lenti
0