14:17 04 Dekabr 2016
Canlı yayım
Муса Гасымлы, политолог

Deputat: Ermənistanda gedən proseslər bütün erməniləri düşündürməlidir

© AZƏRTAC.
SİYASƏT
Qısa URL
Elektrik üsyanı (17)
21 0 0

Professor Musa Qasımlı: Ermənistandakı ümumi böhran daha da dərinləşəcək.

BAKI, 30 iyun — Sputnik. Ermənistandakı ümumi böhran daha da dərinləşəcək.

Bunu Sputnik-ə açıqlamasında AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artırılmasına etiraz olaraq keçirilən aksiyaların səbəb, bəhanə, gedişi,nəticələri və perspektivlərinin təhlili bir sıra ilkin nəticələrə gəlməyə imkan verir: “Hər şeydən əvvəl, elektrik enerjisi qiymətlərinin artırılmasına etiraz yalnız bəhanə və ya görünən tərəfdir. Əslində, etiraz aksiyaları Ermənistanda ümumi böhranın — sosial, siyasi, iqtisadi və mənəvi-psixoloji böhranın tərkib hissəsidir. Bu hadisələr göstərir ki, Ermənistan enerji təhlükəsizliyini təmin edə bilməyən, xaricdən asılı olan, müstəmləkə sisteminin çoxdan dağılmasına baxmayaraq, yeni müstəmləkəçilik siyasətinin altında olan bir ərazidir, deməli, 1991-ci ildə müstəqilliyini elan etsə də, Ermənistan dövlətçiliyi baş tutmayıb.”

Millət vəkili deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunu və digər ərazilərini işğal etməsinə, zəngin təbii sərvətləri ələ keçirməsinə baxmayaraq, Ermənistan hakimiyyəti ermənilərə normal yaşayış həyat üçün imkan yarada bilmir: “Bu isə bilavasitə Ermənistanda hökmranlıq edən idarəçilərin səriştəsizliyi ilə bağlıdır, yəni ermənilər həmişə olduğu kimi, müasir dövrdə də yaxşı idarəçilər yetişdirə bilməmişlər, onlarda bu potensial yoxdur. Ermənistanda hökmranlıq edənlər terrorçular, adam başı kəsənlərdir. Zatən, tarix də göstərir ki, erməni cəmiyyəti terrorçudan başqa bir tip yarada bilmir. Ermənistanda bütün səviyyəli məmurların rüşvət alması, korrupsiyanın erməni həyatının ayrılmaz bir hissəsi olması əgər belə demək mümkündürsə, idarəetmə sisteminin iflas içində olduğunu göstərir.”

M. Qasımlı hesab edir ki, ermənilərin mənəvi-psixoloji böhranı dərinləşir: “İkincisi, etirazçıların siyasi tələblərinin olmadığını, yalnız qiymətlərin artırılmasının dayandırılmasını söyləmələri yalnız görünüən tərəfdir. İnsanlar Sarqsyan rejiminin təzyiqlərindən beziblər. Ermənistandan köçüb gedənlərin sayı ildən-ilə artır.”

Millət vəkili əlavə etdi ki, ona görə də  Ermənistanda gedən proseslər işğal altında olan Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşları olan erməniləri də düşündürməlidir: “Onlar özlərinə belə bir sual etməlidirlər: Ermənistandakılar üçün normal yaşayış üçün imkanlar yarada bilməyənlər və süngü üzərində oturub idarə edənlər işğal etdikləri ərazilərə nə verə bilərlər? Ermənilər Azərbaycan hakimiyyəti altında həmişə olduğu kimi, bundan sonra da yaxşı yaşayış imkanı əldə edə bilərlər. Üçüncüsü, Ermənistan bir ərazi kimi elə bir əhəmiyyət kəsb etməsə də, burada Qərb ilə Rusiya arasında mübarizə gedir. Daxili və xarici siyasəti Rusiyadan asılı olan Ermənistan forpost olaraq davam edəcəkdir. Ermənistanın Rusiya təsirindən çıxması imkanları indiki şəraitdə mümkün görünmür. Deməli, Ermənistandakı ümumi böhran daha da dərinləşəcək.”

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular