09:59 08 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Türkiyə Çinə nota verdi

SİYASƏT
Qısa URL
4030

Çinin nəzarətində olan Şərqi Türküstan bölgəsində uyğur türklərinin məruz qaldığı irqi ayrı-seçkiliyə görə Türkiyə hökuməti bəyanat verib.

BAKI, 30 iyun – Sputnik. Çinin nəzarətində olan Şərqi Türküstan bölgəsində uyğur türklərinin məruz qaldığı irqi ayrı seçkiliyə Türkiyə hökumətindən yazılı açıqlama verilib.

“Çin Xalq Respublikasının Şərqi Türküstan bölgəsində yaşayan uyğur türklərinə orucu qadağan etməsi ilə bağlı yayılan xəbərlər ciddi narahatlıq doğurur. Torpaq bütövlüyünə və təhlükəsizliyinə hörmət etdiyimiz Çindən gələn xəbərlərdən duyduğumuz narahatlığı bu ölkənin Ankaradakı səfirliyinə çatdırdığımızı bildirmək istəyirik”, deyə yayılan bəyanatda qeyd olunur. 

Mediada yayılan məlumatlara görə, Çin dövləti uyğur türklərinin yaşadığı Şərqi Türküstanda orucu qadağan edərək, bölgədə yaşayan xalqa əziyyət verməkdə davam edir.

Əsas mövzular