03:50 04 Dekabr 2016
Canlı yayım
Murat Karayılan

PKK-dan təhdid: Türkiyə qan gölünə dönə bilər

timeturk.com
SİYASƏT
Qısa URL
29 0 0

Son günlərin “Türkiyə Suriyaya girəcək” iddialarını cavablandıran PKK liderlərindən Murat Karayılan, bunun qarşılığının çox pis olacağını vurğulayıb.

BAKI, 29 iyun – Sputnik. Əgər türk ordusu Suriyanın şimalındakı mövqelərimizə hücuma keçsə, zərbələr endirsə Türkiyə qan gölünə dönəcək. 

Bu barədə terrorçuların liderlərindən olan Murat Karayılan Fırat xəbər agentliyinə açıqlama verib. 

Son günlərin “Türkiyə Suriyaya girəcək” iddialarını cavablandıran PKK lideri, bunun qarşılığının çox pis olacağını vurğulayıb.

“Əgər iddialar reallığa çevrilərsə Türkiyə qan gölünə dönər. Biz yenidən silahlarımızı işə salar və əvvəllər olduğu kimi aktiv mübarizəyə başlayarıq”, deyə Karayılan bildirib. 

Suriyanın şimalındakı Kobani və Haseke bölgələrinə PKK-nın qolu olan PYD silahlı dəstələri nəzarət edir. Digər sərhəd ərazilər isə İŞİD-in əlindədir. Hər iki terrorçu qrup arasında son günlərin ən qızğın döyüşləri gedir. 

Türkiyə hökuməti cənub sərhəddində yaranan təhlükəni aradan qaldırmaq üçün bölgəyə hərbi əməliyyat keçirməyə hazırlaşır. Ankaranın planı hər iki qruplaşmanı sərhəddə yaxın ərazidən uzaqlaşdırmaqdır.

Əsas mövzular