10:01 08 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Azərbaycan, Türkiyə Türkmənistan liderləri Aşqabadda görüşəcəklər

SİYASƏT
Qısa URL
24 0 0

2015-ci ilin sonunda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında növbəti üçtərəfli görüş reallaşacaq.

BAKI, 29 iyun — Sputnik. 2015-ci ilin sonunda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında növbəti üçtərəfli görüş reallaşacaq.

Bu barədə Sputnik-ə məlumat diplomatik mənbədən daxil olub.

Diplomatik mənbə deyib ki, görüş 2015-ci ilin dekabrında  Aşqabadda keçiriləcək. Artıq bu məsələ ilə bağlı tərəflər arasında razılıq əldə olunub. 

Tərəflər Birinci Avropa Oyunlarının açılış mərasimində keçirilən görüşlərində bu məsələni müzakirə ediblər.

Mənbə bildirib ki, görüşdə əsasən üçtərəfli əlaqələrin inkişaf perspektivləri, xüsusən də nəqliyyat, tranzit, iqtisadiyyat və enerji sahəsindəki əməkdaşlığın inkişaf etdirlməsi və bu yöndə konkret layihələrin reallaşdırılması məsələsi müzakirə ediləcək. 

Görüşdə eyni zamanda enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı olaraq mümkün  variantlar və bu istiqamətdəki layihələrin həyata keçirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

Əsas mövzular