03:47 04 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Türkiyə Suriyaya müdaxilə qərarını verəcək

SİYASƏT
Qısa URL
22 0 0

Ekspert Elxan Şahinoğlu: Türk ordusu Suriyanın şimalında geniş təhlükəsizlik koridoru qurmağa çalışacaq.

BAKI, 29 iyun – Sputnik. Suriyanın şimalında artan İŞİD təhlükəsi və PKK-nın qolu olan PYD silahlılarının bölgədə dövlət qurma cəhdləri Türkiyə hökumətini hərəkətə keçirib.

Son günlər ölkə siyasətində, türk silahlı qüvvələrinin Suriyanın şimalına müdaxilə edib-etməməsi ciddi müzakirə olunur. Hökumətin verəcəyi son qərarla bağlı bu gün Baş nazirlikdən mətbuata açıqlama veriləcəyi bildirilir. 

Məsələ ilə bağlı siyasi ekspert, “Atlas” araşdırmalar mərkəzinin direktoru Elxan Şahinoğlu Sputnikə öz dəyərləndirmələrini edib. 

Politoloq, vəziyyətin son dərəcə təhlükəli həddə çatdığını və Türkiyənin buna seyrçi qala bilməyəcəyini deyib: “Suriyanın şimalında vəziyyət artıq o həddə çatıb ki, Türkiyənin hadisələrə kənardan seyrçi qalması mümkünsüzdür. Çünki o ərazidə baş verənlər birbaşa bu ölkəyə təsir edir. Yüz minlərlə qaçqın Türkiyəyə sığınıb və onların sayı hər gün durmadan artır. Üstəlik Suriyanın Türkiyə ilə sərhəddi fərqli silahlı qrupların nəzarətində tez-tez əl dəyişdirir. Bu özü çox böyük təhlükədir. Ona görə də Türkiyənin bölgəyə qismən də olsa müdaxiləsi gözləniləndir”.

Politoloqun fikrincə, türk ordusu Suriya ilə sərhəddə geniş təhlükəsizlik koridoru yarada bilər. 

“Türk ordusu həm İŞİD, həm də PYD ilə birgə mübarizəyə girişməyəcək. Bunun fəsadları ağır ola bilər. Çünki PYD İŞİD terrorçuları ilə döyüşür və beynəlxalq dəstəyə sahibdir. PYD ilə istənilən qarşıdurma Türkiyəyə qarşı beynəlxalq təzyiqi artırar. Ona görə də bu ölkənin silahlı qüvvələri, təhlükəni öz sərhəddindən uzaqlaşdırma strategiyası izləyəcək. Bunun üçün ordu Suriyanın şimal ərazisində geniş təhlükəsizlik koridoru qurmağa çalışacaq”, deyə Elxan Şahinoğlu əlavə edib. 

politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы
sputnik.az
politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы

Politoloq, PKK-nın silahlı qolu olan PYD-nin Suriyanın şimalında dövlət qurma ehtimalını və Türkiyənin buna mümkün reaksiyasını da dəyərləndirib: “Baxmayaraq ki, hələ beynəlxalq aləm tərəfindən tanınmırlar, amma Kürdlər İraqın şimalında artıq dövlət qurublar. Bu proses bugün Suriyanın şimalında davam edir. Əlbəttə bu asan iş deyil. Lakin bu istiqamətdə ciddi addımlar atılır. Türkiyə buna imkan verməyəcəyini deyir. Nəticənin necə olacağını zaman göstərəcək”.

Əsas mövzular