23:50 06 Dekabr 2016
Canlı yayım
ATƏT

ATƏT: İrəvanda yüzlərlə etirazçının saxlanması narahatlıq doğurur

twitter.com
SİYASƏT
Qısa URL
Elektrik üsyanı (17)
7 0 0

ATƏT DTİHB durektoru Mixael Link: Hazırda İrəvanda etiraz edən insanların hüquqlarına hörmət edilməlidir.

BAKI, 25 iyun — Sputnik. ATƏT-ə üzv olan dövlət kimi Ermənistan sərbəst toplaşmaq azadlığı hüququnun qorunması və təşviqinə dair üzərinə öhdəlik götürüb. Hazırda İrəvanda etiraz edən insanların hüquqlarına hörmət edilməlidir.

Sputnik-in ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Georq Link deyib.

“Etirazçılara qarşı su şırnaqlarından istifadə olunması və yüzlərlə etirazçının saxlanılması ciddi narahatlıq doğurur”, — deyə o qeyd edib.

DTİHB direktoru bildirib ki, etirazçılara qarşı ifrat dərəcədə güc tətbiqi və kütləvi həbslərlə bağlı məlumatlar qərəzsiz, ətraflı və dəqiqliklə araşdırılmalı və günahkarlar öz cəzasını almalıdır.

Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir. Etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edilib və 237 nəfər saxlanılıb. Paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb. Etiraz dalğası dünən gecə də canlanıb və hazırda davam edir.

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular