03:53 04 Dekabr 2016
Canlı yayım
Luiziana qubernatoru Bobbi Cindal

Hindistanlı qubernator da ABŞ prezidenti seçkilərinə qoşulur

wikimedia.org
SİYASƏT
Qısa URL
23 0 0

Luiziana ştatının qubernatoru Bobbi Cindal Respublikaçılar partiyasından ABŞ prezidenti seçkilərinə qoşulacağını bildirib.

BAKI, 24 iyun — Sputnik. Luiziana ştatının qubernatoru Bobbi Cindal Respublikaçılar partiyasından ABŞ prezidenti seçkilərinə qoşulacağını bildirib.

Bu barədə CNN məlumat yayıb.

«Mən Amerika Birləşmiş Ştatları prezidenti seçkilərində iştirak edəcəyəm. Mənə qoşulun», deyə Cindal öz saytında yazıb.

Bobbi Cindal 1971-ci ildə ABŞ-da hindistanlı mühacirlərin ailəsində anadan olub.

Daha öncə, Florida ştatının qubernatoru Ceb Buş da prezident seçkilərində iştirak edəcəyini bəyan edib.

Əsas mövzular