17:37 03 Dekabr 2016
Canlı yayım
Asim Mollazadə

Deputat: Ermənistandakı böhran yeni zorakılıqla nəticələnəcək

demreforms.org
SİYASƏT
Qısa URL
Elektrik üsyanı (17)
253 0 0

Asim Mollazadə: Ermənistanda hakimiyyətdə olanlar kifayət qədər öz xalqının qanını töküb və məqam düşdükcə bundan sonra da belə qanlar axıtmaqdan çəkinməyəcəklər.

BAKI, 23 iyun — Sputnik. Son günlər Ermənistanda daxili vəziyyət gərginləşib. Dünən paytaxt İrəvanda qiymətlərin artmasına qarşı keçirilən etiraz aksiyasını polis amansızlıqla dağıdıb. Aksiyanın 237 iştirakçısı saxlanılıb. 25 nəfər isə xəstəxanaya müraciət edib. Qonşu ölkədə baş verənlərlə bağlı öz fikirlərini Sputnik-lə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bölüşür.

 — Asim müəllim, beynəlxalq aləm növbəti dəfə İrəvanda zorakılğın, insan haqlarının kobud surətdə pozulmasının şahidi oldu. Ancaq hələ də reaksiya verməyə tələsmir. Ümumiyyətlə, bu gün İrəvanda aksiyaların zorakı yolla dağıdılmasını və baş verənləri necə dəyərləndirirsisniz?

— Bu gün Ermənistana rəhbərlik edənlərin əli təkcə azərbaycanlıların qanına deyil, eyni zamanda kifayət qədər erməni xalqının qanına batıb. Hakimiyyətdə olanlar kifayət qədər öz xalqının qanını töküb və məqam düşdükcə bundan sonra da belə qanlar axıtmaqdan çəkinməyəcəklər.

Ermənistan hakimiyyətini buna təhrik edən amil isə beynəlxalq aləmin bu ölkədə baş verən proseslərə biganə yanaşması və onu qınaq obyektinə çevirməməsidir. İndiyədək heç bir beynəlxalq təşkilat Ermənistanda baş verənləri müzakirə edib ona təzyiq etmir, nə də onu qınamır. Əksinə, Ermənistan hakimiyyəti erməni diasporundan istifadə edərək ölkədəki hadisələri ört-basdır etməyə çalışır.

- Ermənistanla müqayisədə beynəlxalq təşkilatlar Azərbaycana qarşı fərqli mövqe nümayiş etdirir. Burada olmayan bir hadisənin zorakılıq, insan haqlarının pozulıması kimi qabardıb, dünyaya car çəkirlər. Bu məsələyə mövqeyinizi bilmək istərdik…

— Bu, bir daha müəyən standartların mövcudluğunun bariz göstəricisidir. Beynəlxalq aləm Ermənistanda baş verənlərə göz yumur, yumacaq da… Ancaq Azərbaycanda isə yoxdan olay düzəldirlər.

- AŞPA-nın yay sessiyası keçirilir, necə hesab edirsiniz, bu qurum heç olamsa İrəvandakı o zorakılığı reaksiya verəcəkmi? 

— İnanmıram. Olmayacaq. Çünki AŞPA-nın vitse-prezidenti, Fransanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Azərbaycanın işğal olunmuş toraqlarına qanunsuz səfər edir. Təbii ki, onlar Ermənistanla bağlı problemlərə də göz yumacaqlar.

- Sizcə Ermənistandakı siyasi böhran nə ilə nəticələnə bilər? Hakimiyyət dəyişikliyi ola bilərmi?

— Bu böhran yeni zorakılıqla nəticələnəcək.

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular