22:01 02 Dekabr 2016
Canlı yayım
David Şahnazaryan

David Şahnazaryan: Moskva İrəvandan çox Bakıya inanır

rferl.org
SİYASƏT
Qısa URL
13 0 0

BAKI, 23 iyun — Spuntik. Bu gün Moskva İrəvandan çox Bakıya inanır. 

Sputnik Armenia Today-a istinadən xəbər verir ki, bunu “Həmrəylik” Araşdırma Mərkəzinin rəhbəri, Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan  deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasındakı əlaqələr strateji səviyyədədir və hər iki ölkə anitiamerika mövqeyində dayanırlar. 

Azərbaycanla Rusiya arasındakı əlaqələrin dinamik inkişaf etdiyini dilə gətirən sabiq nazir əlavə edib ki, bu gün Ermənistan və onun hakimiyyəti Kremldə Azərbaycandan fərqli olaraq daha az etibara və inama malikdir: “Ermənistana olan inam azalmaqdadır.”

Şahnazaryan onu da əlavə edib ki, bu gün Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yeridilməsi mexanizmi barədə açıq danışılır və Azərbaycan tərəfi açıq formada Avrasiya İttifaqına  qoşulması ilə bağlı öz şərtlərini diktə edir: “Bu hərracda Dağlıq Qarabağın taleyi oynanılır.”

Rusiyanın postsovet məkanındakı siyasətindən danışan Şahnazaryan deyib ki, Rusiya bu gün Ermənistana qarşı bütün təsir imkanlarından istifadə edir. “Rusiya daxili siyasətdən, iqtisadi təsir imkanlarından tutmuş təhlükəsizlik məsələlərinədək bütün vasitələrdən istifadə edib Ermənistan hakimiyyətində təzyiq edir”, — deyə sabiq nazir bildirib.

Əsas mövzular