14:33 07 Dekabr 2016
Canlı yayım
Qafqaz əmirliyi

İŞİD-in Qafqazla bağlı şok səs yazısı yayıldı

wp.com
SİYASƏT
Qısa URL
157 0 0

Politoloq Fərhad Mehdiyev: Rusiya üçün yeni və ciddi problemlər yarana bilər.

BAKI, 22 iyun – Sputnik. İŞİD terror qruplaşmasının nəzarətindəki bəzi internet saytları, təşkilatın Qafqazda getdikcə gücləndiyini yazıb. 

Belə ki, “Qafqaz əmirliyi”nə bağlı döyüşçülərin fikir dəyişdirərək İŞİD-ə qatıldığı bildirilir. 

İŞİD-in internet saytında yayılan səs qeydində rus dilində danışan bir nəfər döyüşçü “Qafqaz əmirliyi” tabeliyindəki mücahidlərin bütünlükdə qruplaşmaya qoşulduğunu deyib. 

Sözügedən səs yazısı ilə bağlı politoloq Fərhad Mehdiyev Sputnikə açıqlama verib.

O, Qafqazdakı mücahidlərin İŞİD-ə beyət etməsinin, bölgəni tərk edəcəkləri anlamına gəlmədiyini söyləyib: “Qafqaz əmirliyi döyüşçülərinin İŞİD liderinə bağlılıqlarını elan etməsi, onların Qafqazdan çıxıb gedəcəyi anlamına gəlmir. Onlar sadəcə başqa bir komandirə beyət edə bilərlər. Məqsəd yenə eynidir”.

Fərhad Mehdiyev, İŞİD-in bölgədə güclənməsinin Qafqaz və Rusiya üçün hansı problemlər yarada biləcəyi suallarını da cavablandırıb.

Politoloq Fərhad Mehdiyev
Politoloq Fərhad Mehdiyev

“Mücahidlər komandirlərinin onlara verəcəyi tapşırıqları yerinə yetirəcəklər. Rusiya üçün yeni və ciddi problemlər yarana bilər. Hər şey gözləmək olar. Lakin indiki məqamda terror fəaliyyətləri olacağını zənn etmirəm”, deyə politoloq əlavə edib.

İyirmi ildən çoxdur ki, Rusiyaya qarşı döyüşən mücahidlərin İŞİD-in tərkibinə qoşulması xəbərinə “Qafqaz əmirliyi”ndən hələlik rəsmi münasibət bildirilməyib.

Keçən ilin aprel ayında rus xüsusi təyinatlıları ilə girdiyi döyüşdə öldürülən Qafqaz əmiri Ashab Kebekov (Əbu Muhammed) İŞİD-ə qarşı müxalif mövqeyi ilə tanınırdı. Onun yerinə seçilən dağıstanlı Əbu Osman əl Gimravi bu cür hallara qarşı mübarizə aparsa da, bir çox döyüşçünün İŞİD-ə qoşulmasına mane ola bilməyib. 

Son olaraq “Qafqaz əmirliyi”nin Çeçenistan üzrə komandiri olan əmir Hamzad da Əbubəkr əl-Bağdadiyə beyət etdiyini açıqlamışdı.

Əsas mövzular