23:52 06 Dekabr 2016
Canlı yayım
Səfər Sadiqi

Səfər Sadiqi: Danimarkadakı seçkilər azərbaycanlılara təsir edəcək

sputnik.az
SİYASƏT
Qısa URL
37 0 0

Danimarkada keçirilən parlament seçkilərində radikal mühafizəkarların səs faizini artıraraq hökumətdə təmsil haqqı qazanması, bu ölkədə yaşayan əcnəbiləri narahat edib.

BAKI, 22 iyun – Sputnik. Danimarkada keçirilən parlament seçkilərində radikal mühafizəkarların səs faizini artıraraq hökumətdə təmsil haqqı qazanması, bu ölkədə yaşayan əcnəbiləri narahat edib. 

Bundan əvvəlki hökumətin immiqrantlarla bağlı siyasətini dəfələrlə tənqid edən radikal sağçı Xalq partiyasının lideri Kristian Dal, “Danimarka ancaq danimarkalılar üçün” şüarı ilə tanınır.

Bu ölkədə yaşayan türklərin və müsəlmanların vəziyyəti ilə maraqlanmaq və seçki nəticələrinin əcnəbilərə təsirini öyrənmək üçün Danimarkadakı “Azərbaycan Vətən Cəmiyyəti”nin rəhbəri Səfər Sadiqi ilə əlaqə saxladıq. 

“Bu gün ən pisi odur ki, millətçi Xalq partiyası əvvəlki seçkilərlə müqayisədə səs faizini böyük ölçüdə artırıb. Nəticədə Sosial demokratlardan sonra ikinci ən böyük partiya ünvanı qazanıb. Bu partiyanın əsas şüarı “Danimarka ancaq danimarkalılar üçün”dür. Bu çox təhlükəli çıxışdır və istər-istəməz gəlmələrin vəziyyəti çətinləşəcək”, deyə Səfər Sadiqi Sputnikə açıqlamasında bildirdi.  

İyunun 18-də parlamentə keçirilən seçkilərdə hakim Sosial-demokrat partiyası səs çoxluğu ilə qalib gəlsə də, təkbaşına hökumət qurmaq üçün lazım olan səs faizini yığa bilməyib. Nəticələr açıqlandıqdan sonra baş nazir Helle Şmit istefa verib. 

Şmitin istefa verməsindən sonra koalisiya qurma vəzifəsi müxalifətdə olan Liberal partiyanın lideri Lars Lokkeyə verilib. O isə öz növbəsində Liberal partiyadan daha çox səs yığan Radikal Mühafizəkarlarla koalisiya hökuməti qurmağa çalışacaq. Bunun üçün Lars Lokkenin sağçılara xeyli güzəştə gedəcəyi bildirilir. 

Əsas mövzular