14:35 07 Dekabr 2016
Canlı yayım
Ровшан Ибрагимов

Ekspert: Belçika baş nazirinin dediklərinin hüquqi əsası yoxdur

sputnik.az
SİYASƏT
Qısa URL
40920

Belçika baş naziri Çarlz Mişelin uydurma “erməni soyqırımı” ilə bağlı bəyanatına politoloq Rövşən İbrahimov münasibət bildirib.

BAKI, 19 iyun – Sputnik. Belçika baş naziri Çarlz Mişelin uydurma “erməni soyqırımı” ilə bağlı bəyanatına politoloq Rövşən İbrahimov münasibət bildirib.

Hazırda Cənubi Koreyada səfərdə olan siyasi ekspert Sputnik-ə açıqlama verib.

“Belçika baş nazirinin hökumət adına bəyan etdiyi bu fikrin heç bir hüquqi əsası yoxdur. O, sadəcə ona ünvanlanan suala cavabında öz düşüncəsini bildirib. Rəsmi tanıma ancaq parlamentin qərarı ilə mümkündür. Lakin bu, tanıma prosesinə start verə bilər. Çünki əgər həmin sual parlamentdəki deputatlar tərəfindən verilibsə, deməli bu növ gözlənti mövcuddur”, deyə Rövşən İbrahimov qeyd edib. 

Politoloq, Türkiyənin mümkün reaksiyası barədə sualı da cavablandırıb: 

“Düşünürəm ki, Türkiyə yaxın zamanda Belçika baş nazirinin bəyan etdiyi sözlərə öz rəsmi etirazını bildirəcək. Ehtimal ki, Belçikanın Türkiyədəki səfirinə rəsmi etiraz notası da veriləcək”.

Və sonda, siyasi ekspert, məsləyə Azərbaycanın da reaksiya verə biləcəyini qeyd edib. 

“Bu reaksiya gələcəkdə bu kimi halların təkrarlanmasının qarşısını almaq məqsədilə ediləcək”, deyə politoloq bildirib.

Belçikanın baş naziri Çarlz Mişel dünən Federal məclisdəki çıxışında 1915-ci il hadisələrini soyqırım olaraq tanıdıqlarını deyib.

Əsas mövzular