09:58 08 Dekabr 2016
Canlı yayım
Süleyman Demirel (solda) və Ərdal İnönü

Azərbaycan heç vaxt Süleyman Dəmirəlin əziz xatirəsini unutmayacaq

SİYASƏT
Qısa URL
17 0 0

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə bağlı səfir İsmayıl Alpər Coşquna başsağlığı verib və səfirlikdə Dəmirəlin vəfatı ilə əlaqədar olaraq açılan xatirə dəftərində qeyd edib.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib. 

Türkiyə səfirliyindən Sputnik-ə verilən məlumatda deyilir ki, səfirliyi ziyarət edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə bağlı səfir İsmayıl Alpər Coşquna başsağlığı verib və səfirlikdə Dəmirəlin vəfatı ilə əlaqədar olaraq açılan xatirə dəftərini imzalayıb.

Azərbaycan prezidenti imza dəftərində bunları qeyd edib: “Böyük dövlət adamı və siyasətçi, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə bağlı xəbər bizi son dərəcə kədərləndirdi. Süleyman Dəmirəl bütün həyatı boyu fəaliyyətində Türkiyənin inkişafı və rifahı üçün çalışdı.

S.Dəmirəl Azərbaycan xalqının dostu idi. Azərbaycana içdən bağlı olan S. Dəmirəl iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi üçün əlindən gələni edirdi.

Süleyman Dəmirəl və Heydər Əliyevin birgə fəaliyyəti nəticəsində iki qardaş xalq və dövlət  arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinədək qalxdı və bu məsələdə hər iki siyasətçinin mühüm rolu oldu. 

Azərbaycan heç vaxt Süleyman Dəmirəlin əziz xatirəsini unutmayacaq.”

    1 / 0

    Əsas mövzular