06:09 11 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Belçikadan Türkiyəni qəzəbləndirəcək hərəkət

SİYASƏT
Qısa URL
50 0 0

Son vaxtlar uydurma "erməni soyqırımı" iddialarını daim gündəmdə saxlayan Belçika hökuməti Türkiyəni qəzəbləndirəcək açıqlama yayıb.

BAKI, 19 iyun – Sputnik. Son vaxtlar uydurma "erməni soyqırımı" iddialarını daim gündəmdə saxlayan Belçika hökuməti Türkiyəni qəzəbləndirəcək açıqlama yayıb. 

Belçikanın baş naziri Çarlz Mişel Federal məclisdəki çıxışında 1915-ci il hadisələrini soyqırım olaraq tanıdıqlarını deyib. 

“1915-1917-ci illər arasında Osmanlı imperiyasında yaşanmış olan dramatik hadisələrin soyqırım olduğunu danmaq mümkün deyil”, deyə baş nazir əlavə edib.

Belçika bundan öncə də, 1998-ci ildə uydurma soyqırımı parlament səviyyəsində tanımışdı. 

Əsas mövzular