17:37 03 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Öz xalqını təhqir edən nazir vəzifədən getdi

SİYASƏT
Qısa URL
19 0 0

Rumıniyanın nəqliyyat naziri İoan Rus vəzifəsindən istefa verib.

BAKI, 12 iyun – Sputnik. Rumıniyanın nəqliyyat naziri İoan Rus vəzifəsindən istefa verib.

Buna səbəb, nazirin qatıldığı özəl televiziya proqramında xalqı barəsində söylədiyi təhqiramiz fikirlər olub. 

“Rumıniyalı kişilər Avropa ölkələrində çox pis şəraitdə işləyirlər. Ailələri ilə maraqlanmırlar, ona görə də uşaqları axmaq, qadınları isə pis yola düşür” deyə nazir özəl televiziya proqramında açıqlama verib.

2000-ci ildən bugünədək vəzifədə olan İoan Rus işlətdiyi sözlərə görə üzr istəsə də, etirazlar səbəbilə istefa verməyə məcbur olub.


Əsas mövzular