10:01 08 Dekabr 2016
Canlı yayım
Azərbaycan bayrağı

Azərbaycan kollektiv birliklərdə iştiraka tənqidi yanaşır

wikimedia.org
SİYASƏT
Qısa URL
7 0 0

Əli Həsənov: Azərbaycan daha çox ikitərəfli qarşılıqlı faydalı partnyorluq əsasında qurulan əməkdaşlıqlara üstünlük verir.

BAKI, 11 iyun — Sputnik. Azərbaycan kollektiv birliklərdə iştiraka bir az tənqidi yanaşır.

Bu barədə Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə keçirdiyi birgə mətbuat konfransında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. 

"Azərbaycan daha çox ikitərəfli qarşılıqlı faydalı partnyorluq əsasında qurulan əməkdaşlıqlara üstünlük verir. SSRİ dağılanda Azərbaycanın qarşısında 3 əsas yol var idi. Postsovet məkanındakı ölkələrlə inteqrasiya etmək, Qərbə inteqrasiya etmək və Asiya ölkələrinin yaratdığı qoşulmamaq hərəkatı daxilində neytral mövqe tutmaq. 1995-ci ildə konstitusiyada Azərbaycan öz inkişaf yolunu və modelini müəyyən etdi. Artıq Azərbaycan nə Qərb, nə Şərq, nə Rusiya, nə də ki, digər istiqamətlərdə inteqrasiyanı yox, öz yolunu seçərək milli maraqlarına uyğun fəaliyyəti seçdi. Ölkə başçısı o yolu davam etdirir. Bu yol balanslaşdırılmış, dövlətimizin maraqlarına cavab verən qarşılıqlı maraq doğuran siyasətdir", deyə Həsənov bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana bəzi birliklərə qoşulmaqla bağlı müraciətlər var: "Avropa İitifaqı Azərbaycanı qonşuluq siyasəti üzrə kollektiv sazişə qoşulmağa çağırır. Digər tərəfdən Avrasiya İqtisadi Birliyi Azərbaycanı dəvət edir. Asiya ölkələrinin qoşulmama hərəkatı tərəfindən cəlbedici təkliflər var. Hər üç yolun yaşamaq hüququ var. Bir daha deyirik ki, biz öz maraqlarımıza və digərlərinin maraqlarına ziyan vurmamaqla, İran, ABŞ, Türkiyə, İsrail, Qərb, həm də Rusiya ilə əməkdaşlıq edirik. Bu daha doğru yoldur və biz bu yolla gedirik. Bu Avrasiya məkanında ən doğru yoludur və biz də onu tutmuşuq".

Əlaqədar

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsi bütün dünyanı təhdid edir
Əli Həsənov: Avropa Oyunları tariximizin önəmli bir hadisəsidir
Əvəz Həsənov: Oyunları inkar etsəydilər, komandalarını göndərməzdilər
Zakir Həsənov: Ordumuzun döyüş qabiliyyəti artır

Əsas mövzular