23:49 06 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Papa Putinə: Səmimi ol!

SİYASƏT
Qısa URL
22 0 0

Rusiya prezidenti Vladimir Putin, İtaliya səfəri çərçivəsində Vatikanda Katolik aləminin ruhani lideri Papa I Fransisk ilə bir araya gəlib.

BAKI, 11 iyun – Sputnik. Rusiya prezidenti Vladimir Putin, İtaliya səfəri çərçivəsində Vatikanda Katolik aləminin ruhani lideri Papa I Fransisk ilə bir araya gəlib. 

Vatikandan verilən məlumata görə, Papa və Putin Ukraynadakı böhranı müzakirə ediblər. Papa Putindən sülhün təmin edilməsində daha səmimi olmağı və böyük səy göstərməyi xahiş edib. 

Putin, İtaliya səfərində ilk olaraq İtaliya baş naziri Matteo Rentsi ilə görüşüb. İki lider Milandakı Expo sərgidə bir araya gəliblər.

Kreml rəhbəri jurnalistlərə açıqlamasında İtaliyanın Rusiya üçün ən vacib müttəfiq olduğunu dilə gətirib və bu əlaqələrin daha güclü şəkildə davam edəcəyinə əmin olduğunu vurğulayıb.

Putin, görüşdən öncə İtalyan Corriere della Sera qəzetinə maraqlı açıqlama da verib.

"Tanrı həyatımı, heç bir şeydən peşman olmayacağım tərzdə yaradıb”, deyə Rusiya prezidenti bildirib.


Teqlər:
vatikan, açıqlama, kreml, sərgi, sülh, baş nazir, prezident, Corriere della Sera, Matteo Rentsi, I Fransisk, Papa, Rusiya prezidenti, Vladimir Putin, Ukrayna, Milan, Rusiya, İtaliya

Əsas mövzular