03:48 04 Dekabr 2016
Canlı yayım
Millət vəkili Fuad Muradov

Azərbaycan Avroparlamentin dinləmələrinə adekvat reaksiya verəcək

sputnik.az
SİYASƏT
Qısa URL
7 0 0

Fuad Muradov: Ermənilər və onların havadarları çox gözəl anlayırlar ki, Avropa oyunları sonda Azərbaycanın növbəti uğurlarına imza atmasına şərait yaratmaqla yanaşı, dünyadakı nüfuzunu da artıracaq.

BAKI, 9 iyun — Sputnik. Azərbaycan Avropa parlamentində təşkil olunacaq dinləmələrə adekvat reaksiya verəcək. 

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fuad Muradov deyib.

Onun sözlərinə görə, Azərbaycanın regionda artan gücü və regionun gələcək inkişafı ilə bağlı iri iqtisadi, enerji, kommunikasiya layihələri təşəbbüsü ilə çıxış edib onları reallaşdırması bir çox qüvvələrin qısqanclığına səbəb olduğundan belə antiazərbaycan kampaniyalarını təşkil edirlər: “Bu qüvvələr Azərbaycan kimi gücün ortaya çıxmasını özlərinə rəqib gördüklərindən, bunun qarşısını almağa cəhd edirlər. Elə Birinci Avropa Oyunları kimi mötəbər bir yarışın Azərbaycanda keçirilməsi və buna yüksək səviyyədə hazırlıq  işləri adı çəkilən bədxah qüvvələri daha aktiv fəaliyyətə keçməyə vadar edib. Onlar Azərbaycana qarşı təbliğat kampaniyasını reallaşdırırlar. Bu məsələdə erməni lobbisinin fəaliyyətini unutmaq olmaz.”

Muradov hesab edir ki, ermənilər və onların havadarları çox gözəl anlayırlar ki, Azərbaycanın bu gün Avropa oyunları adı altında yüksək səviyyədə keçirdiyi tədbir sonda ölkənin növbəti uğurlarına imza atmasına şərait yaratmaqla yanaşı, dünyadakı nüfuzunu da artıracaq: “Bu yarış Azərbaycanın dünyada nəyə qadir olduğunu göstərəcək və ölkədə həyata keçirilən işlər dünyaya təqdim olunacaq. Azərbaycanın mədəniyyəti, tolerantlığı, idmana və gənclərə olan dəstək nümayiş olunacaq. Bu da istənilən halda Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirəcək. Bunu gözü götürməyən qüvvələr, xüsusən də ermənilər ölkənin müstəqilliyinin zəiflədilməsi istiqamətində kampaniyaya başlayıblar və təəssüflər olsun ki, bir çoxları da bunu bilməyərəkdən, məsələnin əsl mahiyyətini dərk etmədən bu proseslərə qoşulurlar. Ancaq onu deyim ki, bunlar bir nəticə verməyəcək.”

Millət vəkili bildirdi ki, əslində Azərbaycan qarşı açılan bu savaşın, məkrli niyyətlərin  məqsədi ölkənin müstəqilliynin zəiflədilməsi, tutduğu müstəqil siyasət yolundan sapdırmaqdır: “Yəni bu qruplar hesab edirlər ki, bu cür tədbirlər, dinləmələr təşkil etməklə Azərbaycana təzyiq edib, tutduğu yoldan döndərəcəklər. Amma bu qüvvələr başa düşmürlər ki, Azərbaycan prezidentinin yürütdüyü siyasət dövlətin və xalqın maraqlarına söykənən siyasətdir və bu cür tədbirlərlə, o cümlədən Avropa Parlamentinin təşkil edəcəyi toplantı ilə nəyəsə nail olmaq mənasızdır. Çünki Azərbaycan Avropa Olimpiya Komitəsinin gənclərin sağlam həyat tərzi sürməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə dəstək verərək belə bir  idman yarışının keçirilməsi barədə qərar verib. Lakin Avropa Parlamenti özü Avropa Olimpiya komitəsinin bu dəstəyinin əleyhinə çıxaraq belə bir mötəbər yarışın keçirilməsinə kölgə salır. Oyunlara iki gün qalmış Azərbaycanla bağlı dinləmə keçirir və adını da qoyur “idman və insan haqları”. Bu məntiqə sığmayan hərəkətdir. Əgər Avroparlament  Azərbaycanla bağlı hansısa məsələni müzakirə etmək istəyirdisə, onunla bağlı əvvəlcədən dialoqa başlamalı idi. Amma onların nəyisə düzəltmək, müzakirə etmək niyyətləri yoxdur. Məqsədləri ancaq Azərbaycana təzyiq edib niyyətlərinə nail olmaqdır.”

Muradov bildirdi ki, Azərbaycan parlamentariləri bu dinləmədə iştirak etməyəcəklər: “Ancaq  buna mütləq şəkildə adekvat cavab veriləcək. Uzun müddət idi ki, biz bu cür tədbirlərin  keçeirlməsinsə reaksiya vermirdik. Düşünürdük ki bu, təsadüfən,  nə səbəbdənsə olub. Ancaq son illərin təcrübəsi  onu göstərir ki, bu təsadüf deyil. Bu, Azərbaycana qarşı xüsusi olaraq hazırlanmış kampaniyanın tərkib hissəsidir. Odur ki, cavab veriləcək və cəmiyyət bunun şahidi olacaq.”

Əlaqədar

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərar verəcək
Deputat: Avropa Oyunlarını boykot etmək çağırışları gülüncdür

Əsas mövzular