10:47 03 Dekabr 2016
Canlı yayım
MHP lideri Dövlət Baxçalı

MHP: Yeni Konstitusiyada “türk milləti” ifadəsi qalsın

mhp.org.tr
SİYASƏT
Qısa URL
16 0 0

Türkiyədəki seçki nəticələrindən sonra siyasi partiyalar koalisiya hökuməti qurmaq üçün öz şərtlərini açıqlayıb.

BAKI, 9 iyun – Sputnik. Türkiyədəki seçki nəticələrindən sonra siyasi partiyalar koalisiya hökuməti qurmaq üçün öz şərtlərini açıqlayıb.

Parlamentə ən çox deputatla girməyə haqq qazanan AK partiya müxalifətlə birlikdə hökuməti qurmaq üçün 3 əsas şərt irəli sürüb.

1. Paralel dövlətlə (Fətullahçılar) mübarizədə geri addım atılmamalıdır. Bu təşkilat iqtidarın yox, Türkiyə dövlətinin təhlükəsizliyi üçün birbaşa təhdid hesab olunsun. Dövlətin içinə sızdırılmış adamları aşkar olunsun və yox edilsin.

2. Kürd məsələsinin həlli iradəsi davam etsin. 

3. Ərdoğanın siyasi kimliyi, idarəetmə tərzi müzakirə mövzusu edilməsin.

Respublika Xalq Partiyası (CHP) də koalisiya qurulması üçün prezidentin aktiv siyasətə müdaxiləsini istəmədiklərini deyib.

Milliyətçi hərəkat partiyası ittifaq hökuməti qurmaq üçün 4 şərt irəli sürüb

1. AKP Prezidentli idarəetmə üsuluna keçid təklifini geri çəksin.

2. Yazılacaq Yeni Konstitusiya mətnində türk milləti ifadəsi olduğu kimi qalsın.

3. Rüşvət iddiaları ciddi şəkildə araşdırılsın.

4. Kürd məsələsinin həlli iradəsindən imtina edilsin. Çünki bu PKK-nın əlini daha da güclü edir.

Seçim kampaniyası ərəfəsində AKP əleyhinə həddən artıq sərt ifadələr işlədən, bu partiya ilə koalisiyaya girməyəcəklərini deyən HDP lideri Səlahəddin Dəmirtaş CNN telekanalına verdiyi müsahibədə bu fikrindən geri addım atıb. O, AKP ilə koalisiyaya girmək istəməsələr də, hakim partiyanın digərləri ilə ola biləcək hər hansı ittifaqını dəstəkləyəcəklərini bildirib.


Əsas mövzular