10:00 08 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Əhməd Davudoğlu: Xalq ən yüksək səsi bizə verdi amma...

SİYASƏT
Qısa URL
2710

Əhməd Davudoğlu: Partiyalar koalisiya qurmağa müsbət yanaşmasalar erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq.

BAKI, 9 iyun – Sputnik. Əvvəlki illərlə müqayisədə səs itirsək də, xalq seçkidə ən yüksək səsi bizə verdi və hökumət qurmaqla vəzifələndirdi. Mənim də ilk işim bu olacaq. Vəzifəm gərəyi etibarilə, digər partiyalarla məsləhətləşmələr aparılacaq. Ancaq partiyalar koalisiya qurmağa müsbət yanaşmasalar erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq. 

Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. 

Türkiyənin Yeni Akit qəzetinin verdiyi xəbərə görə, baş nazir bu açıqlamanı öz yaxın ətrafına söyləyib. Davudoğlu, millətin seçkidə verdiyi mesajı qulaq ardı etməyəcəklərini, koalisiya qurmağa çalışacaqlarını, ancaq bu mümkün olmasa erkən seçkilərə gediləcəyini deyib.

İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində AKP 41 % səs çoxluğu ilə qalib gəlsə də, tək başına hökuməti qurmaq üçün lazım olan səs faizini yığa bilmədi.

Teqlər:
baş nazir, parlament seçkisi, AKP, Əhməd Davudoğlu, Türkiyə

Əsas mövzular