10:47 03 Dekabr 2016
Canlı yayım
Çingiz Qənizadə

Deputat: Azərbaycana qarşı basqılar gözlənilirdi

minval.az
SİYASƏT
Qısa URL
26 0 0

Sevinc Fətəliyeva: Avropa parlamentində Azərbaycanla bağlı təşkil olunacaq dinləmələr antiazərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsidir

BAKI, 9 iyun — Sputnik. İlk dəfə şahidi oluruq ki, idmanla insan haqları eyniləşdirilsin və müzakirəyə çıxarılsın. 

Bunu Sputnik-ə açılqmasında millət vəkili Çingiz Qənizadə Avropa Parlamentininin iyunun 10-da Azərbaycanla bağlı “İdman və insan haqları” mövzusunda  təşkil edəcəyi müzakirələrə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bu cür qeyri-adi dinləmə mövzusunu ancaq Azərbaycana aid edə bilərdilər: “Hələ xeyli müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, bu cür basqılar var və olacaq da. Ona gör də bu basqılardan qorxub geri çəkilmək lazım deyil. Biz bu basqı və təpkiləri gözləyirdik. Yəni bu ilin yanvar ayından başlayaraq ABŞ-da və Avropa ölkələrində Azərbaycanla bağlı müxtəliq formalı dinləmələr təşkil olunub, ölkəmizə qarşı qərəzli bəyanatlar verilib. Bunlar vahid mərkəzdən idarə olunduğundan hamısnın da  hədəfi eynidir — Azərbaycanı gözdən salmaq.”

Millət vəkili təəssüflə qeyd etdi ki, Azərbaycan Avropa, ABŞ ilə sıx əməkdaşlıq, tərəfdaşlıq etsə də, ancaq Azərbaycanı sevməyən qüvvələr bu cür tədbirlər keçriməklə ölkəmizin imicinə zərbə vurmağa çalışırlar: “Avropa parlamentində sabah Azərbaycanla bağlı təşkil olunacaq tədbir bu qəbildəndir. Amma bütün bunların hamısı mənasızdır. Bu cür ucuz yolla Azərbaycanın imicinə zərbə vurmaq mümüün deyil.”

Millət vəkili Sevinc Fətəliyeva da Avropa parlamentində Azərbaycanla bağlı təşkil olunacaq dinləmələri antiazərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsi hesab edir: “Biz belə antiazərbaycan kampaniyasının bir neçə il öncə “Avrovizion” musiqi müsabiqəsi zamanı da şahidi olmuşuq. Zaman keçdikcə, Birinci Avropa Oyunları yaxınlaşdıca analoji hadisələrin və təzyiqlərin yenə də artığının şahidi oluruq.” 

Millət vəkili Sevinc Fətəliyeva
sputnik.az
Millət vəkili Sevinc Fətəliyeva

Fətəliyevanın fikrincə, bütün bunlar belə bir mötəbər yarışı keçirməklə üzərinə böyük məsuliyyət götürüb, onu yüksək səviyyədə keçirməyə hazır olan ölkəyə qısqanclıqla yanaşan qüvvələr tərəfindən həyata keçrilir: ”Bu qüvvələr Azərbaycanın artan nüfuzunu, inkişafını görüb, onu qəbul etmədiklərindən bu cür cılız hərəkətlərə yol verirlər. Bədxah qüvvələrin səyləri puça çıxacaq və onların bu hərəkətləri nəticə verməyəcək. Birinci Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb və bu oyuna olan maraq elə böyükdür ki, artıq çoxsaylı xarici turistlər  ölkəmizə gəlməkdədir. Azərbaycan bu mötəbər yarışı yüksək səviyyədə keçirəcək.”

Millət vəkili onu da əlavə etdi ki, bu Oyunların ilk dəfə Azərbaycanda keçirilməsi həm ölkəmizin, həm də Avropanın tarixində mühüm hadisədir: “Fikrimcə, bu tədbir Azərbaycanı dünyaya  təqdim etmək və tanıtdırmaq üçün yeni bir platforma olacaq. Azərbaycan bu mötəbər tədbiri yüksək səviyyədə keçirməklə özünü dünyaya təqdim edə biləcək. Bundan əndişələnən antiazərbaycan qüvvələr bu inkişafa  əngəl olmaq istəyirlər. Ancaq bir daha deyirəm, nə Avropa Parlamentinin Azərbaycanla bağlı təşkil etdiyi dinləmələr, nə də digər antiazərbaycan kampaniyaları nəticə verməyəcək. Çünki Azərbaycan düz yoldadır. Əksinə bu  idman yarışı bir daha Azərbaycanın dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək.”

 

Əsas mövzular