14:17 04 Dekabr 2016
Canlı yayım
Kamal Kılıcdaroğlu

Kamal Kılıçdaroğlu: AKP ilə koalisiya qurmaq fikrimiz yoxdur

chp.org.tr
SİYASƏT
Qısa URL
8 0 0

Türkiyənin Respublikaçı Xalq partiyasının lideri Kamal Kılıçdaroğlu AKP ilə koalisiya hökuməti qurmayacaqlarını deyib.

BAKI, 9 iyun – Sputnik. Türkiyənin Respublikaçı Xalq partiyasının lideri Kamal Kılıçdaroğlu AKP ilə koalisiya hökuməti qurmayacaqlarını deyib.

O, buna səbəb kimi, sözügedən partiyanın prezident Rəcəb Ərdoğanın təsiri altında olmasını qeyd edib. 

“Bizim Ədalət və İnkişaf partiyası ilə koalisiya qurmaq şansımız yoxdur. Partiyalarımız arasında uyuşmazlıq var. Çünki AKP prezidentin əmrlərini yerinə yetirəcək. Ən əsası bu partiya problem həll edən yox, problem yaradan partiyadır”, deyə Kılıçdaroğlu əlavə edib.

Seçkinin nəticələrini də dəyərləndirən CHP lideri, məğlub olmalarına baxmayaraq, AKP-nin səs itirməsinə sevindiklərini deyib: “Bu seçki ilə xalq hakim partiyaya mesaj göndərdi. AKP-nin tək başına iqtidar olmasını istəmədi. Birləşin, koalisiya hökuməti qurun dedi”.

İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində AKP 41 % səs çoxluğu ilə qalib gəlsə də, tək başına hökuməti qurmaq üçün lazım olan səs faizini yığa bilmədi.

Əsas mövzular