17:43 03 Dekabr 2016
Canlı yayım
Первый заместитель госсекретаря США Энтони Блинкен

ABŞ: İranla imzalanacaq müqavilədən İsrail narahat olmamalıdır

SİYASƏT
Qısa URL
7 0 0

ABŞ dövlət katibinin müavini Entoni Blinken İranla imzalanacaq nüvə sazişi ilə bağlı açıqlama verib. Jurnalistlərə şərhində Blinken, bu müqavilənin müddətsiz olacağını deyib.

BAKI, 9 iyun – Sputnik. ABŞ dövlət katibinin müavini Entoni Blinken İranla imzalanacaq nüvə sazişi ilə bağlı açıqlama verib. Jurnalistlərə şərhində Blinken, bu müqavilənin müddətsiz olacağını deyib. 

“Sazişdə hər hansı müddət göstərilməyəcək. Şəffaflığa xüsusilə diqqət yetiriləcək ki, qaydalar pozulduqda problem tez aşkarlana bilsin”, deyə amerikalı rəsmi qeyd edib. 

Blinken həmçinin, nüvə danışıqlarından ən çox narahat olan ölkənin İsrail olduğunu bildirib.

O, “İsrailin narahat olması üçün heç bir səbəb yoxdur. Çünki müqavilə müddətsizdir. İranın öz nüvə obyektlərini beynəlxalq ekspertlərə açmaq öhdəliyi var. Bu olmasa saziş pozular” deyib.

Əsas mövzular