22:03 02 Dekabr 2016
Canlı yayım
ATƏT

Deputat: Azərbaycanda ATƏT-in ofisinin fəaliyyətinə ehtiyac yoxdur

twitter.com
SİYASƏT
Qısa URL
2610

Aydın Mirzəzadə: Azərbaycan müstəqiliyini əldə etdiyi ilk illərdə ölkədə demokratik cəmiyyətin formalaşması və inkişafına dəstək verilməsi üçün belə bir qurumun fəaliyyətinə ehtiyac var idi.

BAKI, 8 iyun — Sputnik. Artıq Azərbaycanda ATƏT-in Layihə Koordinatorunun fəaliyyətinə ehtiyac yoxdur. 

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqiliyinin əldə etdiyi ilk illərdə ölkədə demokratik cəmiyyətin formalaşması və inkişafına dəstək verilməsi üçün  belə bir qurumun fəaliyyətinə ehtiyac var idi. 

“Bu müddət ərzində həyata keçrilən sıx əməkdaşlıq nəticəsində dövlət quruculuğu və demokratik cəmiyyətin formalaşmasına qurum öz töhfəsini verdi. Nəticədə milli köklərə əsaslanan hakimiyyət formalaşdı. Hazırda Xarici işlər nazirliyi ATƏT Bakı Layihə koordinatorluğunun fəaliyyətinin dayandırılması ilə bağlı təşkilatın rəhbərliyinə müraciət edib. Fikrimcə, artıq belə bir qurumun fəaliyyət göstərməsində ehtiyac yoxdu”, — deyə Mirzəzadə bildirib.

Millət vəkili hesab edir ki, Azərbaycan artıq oturuşmuş dövlətdir: “Bu baxımdan Azərbaycanın hər hansı bir məsləhətçiyə ehtiyacı yoxdur. Digər tərəfdən Azərbaycan elə ATƏT-in  üzvü olaraq bu qurumun siyasətinin formalaşdırılmasında iştirak edən ölkədir. Bu baxımdan Azərbaycan ATƏT-lə əməkdaşlıq məsələsinə yenidən baxılmasını istəyir və haqlıdır. Artıq Azərbaycanla məsləhətlər verilən, layihələr təklif edilən ölkə kimi yox, ATƏT-in siyasətini müəyyənləşdirən ölkələrdən biri səviyyəsində münasibət qurulmalıdır.”

Onun fikrincə, münasibət digər Avropa ölkələri ilə ATƏT arasında necə qurulubsa, Azərbaycanla da o səviyyədə qurulmalıdır: “Bu əməkdaşlıq necə olacaq, bunu gələcək göstərəcək. Bir daha təkrar edirəm ki, artıq Azərbaycan 24 il bundan  əvvəkli ölkə deyil və munasibətlər də bu formada ola bilməz. Bu əməkdaşlıq formatını isə gələcək göstərəcək.”

Qeyd edək ki, Azərbaycan hökuməti ATƏT-in Bakıdakı Layihələr Koordinatorunun fəaliyyətinin dayandırılması barədə qərar verib. Bu barədə müvafiq məktub iyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyindən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.  Məktubda deyilir ki, Azərbaycan hökuməti artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr 2014-cü ildə bağlanmış ”ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu"nu qüvvədən düşmüş hesab edir. 

Əlaqədar

Azərbaycan ATƏT-ə Bakı ofisini bağlamaqla bağlı nota verib
MN: ATƏT müşahidəçilərinin ön xəttə çıxarılmaması məlumatı yalandır
ATƏT-in sədri İrəvanda Kosovonun müstəqilliyini tanıyanları qınadı
ATƏT Şahtaxtinski ilə bağlı məsələyə şərh verməkdən imtina etdi
ATƏT-in sədri Bakıya gəlib

Əsas mövzular