11:54 11 Dekabr 2016
Canlı yayım
SİYASƏT

HDP-nin uğuru ərəb dünyasında geniş əks-səda doğurdu

SİYASƏT
Qısa URL
5 0 0

Türkiyədə keçirilən parlament seçkiləri və nəticəsi ərəb mətbuatında da geniş yer tutub.

BAKI, 8 iyun – Sputnik. Türkiyədə keçirilən parlament seçkiləri və nəticəsi ərəb mətbuatında da geniş yer tutub. 

Xüsusilə Ərdoğana sevgi bəsləyən, ümidini istiqrarlı Türkiyəyə bağlayan Misirdəki çevriliş əleyhdarları, fələstinlilər və digər ərəb xalqları seçkinin nəticəsindən məyus olublar.  

Ərəb mətbuatından bəzi başlıqlar:

Əl-Ərəbiyə: “Kürdlərin Obaması Səlahəddin Dəmirtaşın partiyası məclisə girməyi bacardı”

Əl-Cəzirə: “12 ildir iqtidar olan Ak partiya bu dəfə tək başına hökumət qura bilməyəcək. Bu həm Türkiyə, həm də Yaxın Şərq üçün mühüm hadisədir”

Misir Rassd: “Kürdlərin partiyası müvəffəqiyyət qazandı”.

Türkiyədə iyunun 7-də keçirilmiş parlament seçkilərində əsasən kürdlərin təmsil olunduğu Xalqların Demokratik Partiyası (HDP) parlamentə düşə bilmiş 4 partiyadan biri olub.


Əsas mövzular