06:16 11 Dekabr 2016
Canlı yayım
Səfir Arif Məmmədov

Arif Məmmədov Azərbaycan uğrunda gizli savaşın tərkib hissəsi kimi

modern.az
SİYASƏT
Qısa URL
69 0 0

Sülhəddin Əkbər: Arif Məmmədovun Azərbayacan hakimiyyətinə qarşı ünvanladığı bəyanat Qərblə Rusiya arasında gedən geosiyasi savaşın tərkib hissəsidir.

BAKI, 8 iyun — Sputnik. Diplomat Arif Məmmədovun Azərbayacan hakimiyyətinə qarşı ünvanladığı bəyanat Qərblə Rusiya arasında gedən geosiyasi savaşın tərkib hissəsidir.

Bunu Sputnik-ə açıqlamasında ekspert Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, Qərblə Rusiya arasında MDB, xüsusən də GUAM məkanında geosiyasi savaş gedir: “Bu savaş Ukrayna, Gürcüstan və Moldovada açıq formada getsə də, Azərbaycanda bu proses gizli gedir. Bu geosiyasi savaş kəskinləşdikcə xüsusi xidmət orqanları aktivliyi daha da artırıblar. Azərbaycan uğrunda gizli savaş şiddətlənib. Xüsusi xidmət orqanların fəallığı göz önündədir. Ona görə də Azərbayacanla Qərb, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar arasında münasibətlər kəskinləşib. Ona görə də yaxın zamanlarda bu gizli savaşın qızışacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.”

Ekspert hesab edir ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov kimi şəxslər geosiyasi mübarizə kəskinləşdikcə ortaya çıxacaqlar: “Bu tip kombinasiyalı oyunlar xüsusu xidmət orqanları tərəfindən ortaya atılacaq və artacaq. Bu oyunlar getdikcə aktivləşdiyindən hadisələri  təhlil etmək üçün ciddi təsdiq olunmuş informasiyalara ehtiyac var. O zaman daha dəqiq nəsə demək olar. İndiki məqamda isə  bu cür məsələləri təhlil edib tələsik qərar verməyin o qədər də tərəfdarı deyiləm. Adı çəkilən diplomat Arıf Məmmədovun keçmişi o qədər etibarlı deyil. Onu daha çox rus kəşfiyyatının Qərb kəşfiyyatı ilə başlatdığı oyunun iştirakçısı hesab edirəm. Rusların Məmmədovu Qərbin axtardığı adamlardan biri olduğunu göstərmək üçün mesaj verdiklərini düşünürəm. Bu Rusiya xüsusi xidmət orqanlarının ABŞ, Qərb xüsusi xidmət orqanlarına qarşı başlatdığı bir oyundur. Bununla Məmmədovu Azərbaycan hakimiyyətinə müxalif ola biləcək perspektivli bir lider kimi göstərmək istəyirlər. Mən ilkin  olaraq bu variantı araşdırmağın tərəfdarıyam.”

Uzun illər Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsindən sonra başlanan qalmaqal davam edir. Bakıda çoxsaylı insan tələfatı ilə nəticələn binada yanğın baş verdikdən sonra Məmmədov sosial şəbəkədə Azərbaycan hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. 

Əlaqədar

XİN: Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur
XİN: Arif Məmmədovun “facebook”dakı statusu araşdırılacaq

Əsas mövzular