10:46 03 Dekabr 2016
Canlı yayım
Ərdoğan

Politoloq: Türkiyədə böhran Ərdoğanın mövqeyindən asılıdır

iha.com.tr
SİYASƏT
Qısa URL
16 0 0

Türkiyənin siyasi böhrandan yan keçməsi əsasən hakim AKP-dən və prezident Rəcəb Tayyib Ərdoğanın tutduğu mövqedən asılı olacaq.

BAKI, 8 iyun — Sputnik. Türkiyədə keçirilən parlament seçkilərindən sonar ölkədə siyasi böhran yarana bilər. 

Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Türkiyənin siyasi böhrandan yan keçməsi əsasən hakim AKP-dən və prezident Rəcəb Tayyib Ərdoğanın tutduğu mövqedən asılı olacaq: “Seşkidə həddi aşıb parlamentdə yer tutan partiyalar konstruktiv mövqe nümayiş etdirib konsesusa gələrlərsə, o zaman siyasi böhranı adlatmaq və hökuməti formalaşdırmaq mümkün olacaq. Yəni tərəflər portfellərin bölüşməsində, dövlət proqramlarının icrası və digər məsələlərdə razılığa gələ bilərlərsə, o zaman koalisyon hakimiyyət qurulacaq.”

Hüseynli hesab edir ki, koalisiyanın AKP ilə MHP arasında qurulması ehtimalı daha böyükdür: “Digər iki partiya — CHP və HDP AKP ilə hər hansı formada  koalisiya hökumətində iştirak etməyəcəklərini bəyan ediblər. Bir daha bildirirəm ki, tərəflər konsensusa gedib, kompromisə gedəcəklərsə, koalisya qurulacaq.”

Siyasi böhranın dərinləşdiyi təqdirdə növbədənkənar seçkilərin keçirilməsinə toxunan politoloq bildirdi ki,  növbədənkənar  seçkilər ölkədə yeni siyasi situasiya yarada bilər və bunu nəzərə alan qüvvlər mütləq kompromisə gedib koalisiya yaratmağa razılıq verəcəklər.


Əlaqədar

Türkiyəni qarşıdakı yaxın dönəmdə böyük sınaqlar gözləyir
Türkiyədəki seçki nəticələri xarici mətbuatda necə qarşılandı
AKP Türkiyədə təkbaşına hökumət qurmaq şansını itirdi
Türkiyədə parlament seçkilərində saxtakarlıq

Əsas mövzular