18:38 10 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Türkiyədəki seçki nəticələri xarici mətbuatda necə qarşılandı

SİYASƏT
Qısa URL
3 0 0

Türkiyədəki seçki nəticələri beynəlxalq mediada geniş yer tutub.

BAKI, 8 iyun – Sputnik. İspaniyada solçu Podemos partiyasının lideri Pablo İqlesias, öz twitter səhifəsində Türkiyədəki seçki nəticələrinə münasibət bildirib. İqlesias kürd yönümlü HDP partiyasını minimum səs faizini keçməsi münasibətilə təbrik edib. 

“Dəyişiklik küləyi əsməyə davam edir. Təbriklər HDP. Biz qalib gələcəyik”, deyə o bildirib.  

Türkiyədəki seçki nəticələri beynəlxalq mediada geniş yer tutub. 

Bir neçə gün əvvəl anti-Ərdoğan yazıları ilə diqqət çəkən ABŞ-ın New-York Times və İngiltərənin Guardian qəzetləri də Türkiyədəki seçki nəticələrini manşet kimi veriblər. 

New-York Times: “Türklər bu tarixi seçkidə Ərdoğanın partiyasını iqtidardan endirdi və ona böyük zərbə vurdu”

Guardian: “ Türkiyənin müasir dövrdəki ən populyar lideri gözlənilməz zərbə aldı. Seçkidə qalib gəlsə də iqtidar ola bilmədi”

Bundan başqa Wall street journal, Bild və El Mundo qəzetləri də seçki ilə bağlı məqalələr paylaşıblar. 

Wall street journal: “ Ak partiya məğlub oldu, daha çox səs yığmasına baxmayaraq hökumət qura bilməyəcək”

Bild: “ Ərdoğan əyləcə basdı. HDP məclisə girdi”

El Mundo: “ HDP Ərdoğanın arzusunu ürəyində qoydu”

Əlaqədar

AKP Türkiyədə təkbaşına hökumət qurmaq şansını itirdi
Türkiyədə parlament seçkilərində saxtakarlıq
Türkiyədə parlament seçkiləri keçirilir

Əsas mövzular