06:11 11 Dekabr 2016
Canlı yayım
Mixail Qorbaçov

“Qorbaçov-fond” xarici agentdir

gorby.ru
SİYASƏT
Qısa URL
810

Rusiya İctimai Palatasının üzvü Qorbaçov-Fond təşkilatının “xarici agentlər haqqında” qanuna əməl edib-etməməsini yoxlamağa səsləyib.

BAKI, 5 iyun – Sputnik. Rusiya İctimai Palatasının üzvü Qorbaçov-Fond təşkilatının “xarici agentlər haqqında” qanuna əməl edib-etməməsini yoxlamağa səsləyib.

Sputnik xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb. Gazeta-ru-nun məlumatına görə, Georgi Fyodorov Ədliyyə nazirliyinə müraciətində sabiq SSRİ prezidentinin rəhbərlik etdiyi təşkilatın “1985-2015: Müasir Rusiya kontekstində yenidənqurmanın dəyərləri” adlanan son hesabatını xatırladıb.

Rusiya İctimai Palatasının üzvü bir neçə gün əvvəl dərc edilmiş sənəddə yenidənqurmaya və nəticə etibarilə siyasi dövlətçilik islahatlarına çağırışın əks olunduğunu hesab edir.

Sorğu müəllifinə əsasən, Qorbaçov-Fond-un qərargahı San-Fransisko şəhərində yerləşir və deməli xaricdən maliyyələşdirilir.

Fyodorov buna əsasən bildirir ki, Fond “xarici agent”lərə aid edilməlidir.

"Qorbaçov-Fond"un mətbuat xidmətinin rəhbəri Pavel Palajçenko isə bəyan edib ki, fondun heç vaxt ABŞ-da (San-Fransiskoda) qərargahı olmayıb, xaricdən maliyyələşdirilməyib.və qanunvericiliyə əməl edir.

"Qorbaçov-Fond" və sabiq maliyyə naziri Aleksey Kudrinin “Vətəndaş Təşəbbüsləri Komitəsi” tərəfindən hazırlanmış müştərək hesabatında deyilir ki, Rusiya və dünyada “yeni təfəkkür” çatışmazlığı hiss olunur.

Mütəxəssislər "Qorbaçov-Fond"un ona görə vaxtaşırı xaricdən maliyyələşdirildiyinə dair ittihamlara məruz qaldığını bildiriblər. 

Əsas mövzular