14:30 07 Dekabr 2016
Canlı yayım
ABŞ bayrağı

Ekspert: ABŞ ermənilərə maliyyə yardımını azaldacaq

s3-eu-west-1.amazonaws.com
SİYASƏT
Qısa URL
15 0 0

ABŞ Konqresi əvvəlki kimi Dağlıq Qarabağ separatçılarına və ümumiyətlə Ermənistana maliyyə yardımı ayırmaqda elə də maraqlı deyil.

BAKI, 5 iyun — Sputnik. ABŞ Konqresi əvvəlki kimi Dağlıq Qarabağ separatçılarına və ümumiyətlə  Ermənistana maliyyə yardımı ayırmaqda elə də maraqlı deyil.

Bunu Sputnik-ə açıqlamasında politoloq Mübariz Əhmədoğlu  deyib.

“Ermənilərə maliyyə yardımının ayrılmamasına marağın azalmasının bir sıra səbəbləri var. Birincisi, ABŞ-ın dövlət büdcəsində kifayət qədər problem yaranıb və bunun nəticəsində dünyanın müxtəlif ölkələrinə ayrılan yardımlar xeyli azaldılıb. İkinci, artıq konqresmenlər də Obama administrasiyasının ermənilərlə bağlı mövqeyində dəyişiklik hiss etdiklərindən, maliyyə yardımının üstünə getməyə elə də həvəsli deyillər.” — deyə ekspert bildirib.

Onun sözlərinə görə,  ermənilər artıq Amerikada gözdən düşdüyündən onlara maliyyə yardımı ayrılmasına maraq göstərmirlər: “Bütün bunları nəzərə alanda, Konqresin Qarabağ separatçılarına 5 milyon dollar vəsaitin ayrılması o qədər də inandırıcı görünmür. Hətta Konqres belə bir qərar qəbul etsə, prezident onu təsdiq etməyəcək. Praktikada olub ki, Konqres qərar qəbul edib, amma prezident təsdiq etməyib. Nəticədə aralıq komissiya yaradılıb və komissiya məsələyə baxaraq müvafiq qərar verib.”

Erməni lobbisinin Gürcüstanın Cavaxetiya bölgəsindəki ermənilərə maliyyə yardımının ayrılması istiqamətindəki səylərini şərh edən politoloq deyib ki, bu, yeni fakt deyil: “Artıq 10 ilə yaxındır ki, oradakı ermənilərə maliyyə yardımı ayrılır. Erməni lobbisi ona nail olub ki, Gürcüstana ayrılan yardımda ermənilərə ayrılacaq maliyyə yardımı xüsusi qrafada göstərilir.”

Əhmədoğlu əlavə edib ki, biz bəzən Gürcüstanı ya yaxşı tanımırıq və ya da tanımaq istəmirik. "Ona görə də Gürcüstanın reagional siyasətinin mahiyyətini başa düşmürük. Onu bilmək lazımdır ki, bu gün Gürcüstan hakimiyyətində kifayət qədər ermənipərəst yüksək rütbəli məmurlar var və onlar hər vəchlə ermənilərə yardım etməsə çalışırlar. Bu, Saakaşvili dövründə də belə idi, indi də.” 


Əlaqədar

Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək
Castin Makkarti: ermənilər terrordan vasitə kimi istifadə edirlər
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qətnamə qəbul edib

Əsas mövzular