10:00 08 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Deputat: Türkiyədə seçkidən sonra siyasi böhran gözlənilir

SİYASƏT
Qısa URL
16 0 0

Fazil Mustafa: Türkiyənin siyasi arenasında gedən kəskin mübarizə AKP-nin gələcəkdə təkbaşına hakimiyyəti formalaşdırmasına ciddi maneə olacaq.

BAKI, 5 iyun — Sputnik. Türkiyədə keçriləcək parlament seçkiləri ölkədə siyasi böhrana səbəb ola bilər və bu istisna deyil.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, əgər Xalq Demokrat Partiyası (HDP) seçki barajını aşarsa və parlamentdə yer alarsa, o zaman bu problem yaşana bilər: “Çünki HDP hakim partiya AKP-nin mövqeyinin zəifləməsi fonunda bu səsləri alacaq və nəticədə AKP-nin səsləri azalmış olacaq. O zaman seçkinin nəticəsinə uyğun olaraq AKP-nin hakimiyyəti təkbaşına formalaşdırmaq imkanı azalacaq. AKP-nin koalisiya yaratmaq imkanları da məhdud və problemlidir. Burada müəyyən nüanslar var ki, bu koalisiyanın yaradılmasına ciddi əngəllər yaradır.”

Millət vəkilinin fikrincə, Türkiyənin siyasi arenasında gedən kəskin mübarizə AKP-nin gələcəkdə təkbaşına hakimiyyəti formalaşdırmasına ciddi maneədir və hansısa müxalif siyasi qüvvənin onunla koalisiya yaratması mümkün görünmür: “Amma bütün bu kəskin mübarizələrə baxmayaraq  inanıram ki, seçkilərin yekunu olaraq Türkiyədə siyasi böhran yaransa, qardaş ölkə onu aradan qaldırmaq səviyyəsindədir.”

 Mustafa onu da əlavə edib ki, böhran ancaq HDP-nin barajı aşıb parlamentə düşəcəyi təqdirdə baş verə bilər: “Əgər böhran yaranarsa, onu qısa zamanda aradan qaldırmaq asan olmayacaq. Ona görə də vaxtından əvvəl yenidən seçkilər keçirilə bilər. Bir daha təkrar edirəm ki, koalisiya da asan məsələ deyil. Koalisiya ancaq MHP ilə CHP arasında ola bilər. İndiki şəraitdə bu da real görünmür. İyunun 7-də keçiriləcək seçkilərdə Türkiyədə təkpartiyalı iqtidarın qalıb-qalmayacağı məsələsi diqqət mərkəzində olacaq.” 

İyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçiriləcək. 


Əlaqədar

SOCAR Türkiyədə ikinci şirkət olacaq
Türkiyə prezidenti müxalifət liderlərini təhqir edib
Ərdoğan: Bunlara beş qoyun versəz, onu da itirərlər
Ərdoğan baş redaktoru məhkəməyə verdi

Əsas mövzular