18:38 10 Dekabr 2016
Canlı yayım
ATƏT

Qarabağ bloku: ATƏT təşkilat olaraq iflasa uğrayıb

twitter.com
SİYASƏT
Qısa URL
1 0 0

Qarabağ bloku bu gün keçirilən toplantısında ATƏT sədrinin ölkəmizə və region ölkələrinə səfərini müzakirə edərək bəyanat qəbul edib.

BAKI, 3 iyun — Sputnik. Qarabağ bloku bəyan edir ki, ATƏT Azərbaycan xalqı və dövləti qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən bütünlükdə bu təşkilat iflasa uğrayıb. 

Sputnik xəbər verir ki, Qarabağ bloku bu gün keçirilən toplantısında ATƏT sədrinin ölkəmizə və region ölkələrinə səfərini müzakirə edərək bəyanat qəbul edib. 

Bəyanatda deyilir ki, ATƏT-in yeni sədri istər Qarabağ probleminin tənzimlənməsi, istərsə də regionda sülhün və təhlükəsizliyin qorunması istiqamətində obyektiv və ədalətli mövqe nümayiş etdirəcəyinə ümid yaradıb. 

Lakin səfər zamanı ATƏT sədrinin vətəndaş cəmiyyəti institutları nümayəndələri ilə təmasa girməməsi faktından narahat olduqlarını bildirən blok üzvləri bu cür yanaşmaların adı çəkilən qurumun demokratik dəyərlərin qorunması, siyasi plüralizmin inkişafı istiqamətində üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmadığını, öz siyasətində demokratiyanı arxa plana keçirdiyini qeyd ediblər. 

Blok üzvləri ATƏT-in Azərbaycan xalqı və dövləti qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, eyni zamanda Azərbaycanın ATƏT qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib və ATƏT-in Minsk qrupunun bu günə qədər Dağlıq Qarabağ probleminin həllində heç bir ciddi irəliləyişə nail ola bilməməsini bütünlükdə bu təşkilatın iflasa uğraması kimi dəyərləndiriblər.

"Qarabağ" blokuna Azərbaycan Demokrat və Ümid partiyaları daxildirlər. Qurum 2010-cu ildə yaranıb.

Əlaqədar

ATƏT Şahtaxtinski ilə bağlı məsələyə şərh verməkdən imtina etdi
ATƏT sədri İrəvanda azərbaycanlı əsirlər məsələsini qaldıracaq
ATƏT-in sədri Bakıya gəlib
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfərə gəlir
ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Əsas mövzular