21:59 02 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Qırğızıstan NATO-dan gələn pulları itirmək istəmir

SİYASƏT
Qısa URL
3 0 0

Qırğızıstan Avrasiya İqtisadi İttifaqına üzv olmasına rəğmən, NATO üçün yük daşınmasına yardım etməkdən çəkinmir.

BAKI, 3 iyun — Sputnik. Qırğızıstan parlamentinin nəqliyyat, kommunikasiya, memarlıq və tikinti komitəsi yerli hökumətlə NATO arasında bağlanmış "Təhlükəsizliyə yardım beynəlxalq qüvvələrinin (ISAF) quru vasitəsilə daşınan yükləri barədə" razılaşmasına dəyişiklikləri nəzərdə tutan protokolu təsdiqləyib. 

Bu, o deməkdir ki, Qırğızıstan Avrasiya İqtisadi İttifaqına üzv olmasına rəğmən, NATO üçün yük daşınmasına yardım etməkdən çəkinmir. 

Sözügedən razılaşma 2012-ci ildə imzalanıb. Mövcud dəyişikliklər isə NATO üçün qeyri-hərbi yüklərin qırğızıstanlı sürücülər tərəfindən daşınmasını nəzərdə tutur. Buna görə Şimali Atlantika alyansı Qırğızıstana pul ödəyəcək. 


Əsas mövzular