03:50 04 Dekabr 2016
Canlı yayım
Texas ştatının Konqresi

Texas ştatı Respublika Günü ilə bağlı qətnamə qəbul etdi

capitol.state.tx.us
SİYASƏT
Qısa URL
5 0 0

Texas Ştatı Azərbaycanın milli bayramı - Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən digər ABŞ ştatlarına qoşulub.

BAKI, 3 iyun — Sputnik. Texas Ştatı Azərbaycanın milli bayramı — Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən digər ABŞ ştatlarına qoşulub.

Texas Ştatının Senatında və Nümayəndələr Palatasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə qətnamələr qəbul edilib.

Hər iki qurumda yekdilliklə qəbul olunmuş qətnamələrdə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika kimi fəaliyyəti, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının onun varisi olduğu qeyd edilir.

Bununla yanaşı, ABŞ-ın sadiq dost və tərəfdaşı kimi Azərbaycanın mürəkkəb, geosiyasi baxımdan olduqca mühüm bir regionda demokratik dövlət olduğu vurğulanır. Regional sabitliyinin qorunmasında Azərbaycanın müstəsna rolu, terrorçuluğa qarşı mübarizədə və enerji təhlükəsizliyi məsələlərində önəmli tərəfdaş olduğu xüsusi qeyd edilir.

Qətnamələrdə, həmçinin Texasın Bakı şəhəri ilə qardaşlaşmış Hyuston şəhərində yaşayan Azərbaycan icmasının mədəniyyətlərarası anlaşmaya və mədəni müxtəlifliyə verdiyi töhfədən bəhs olunur.

Bir neçə gün əvvəl Texas Ştatının Senatı və Nümayəndələr Palatasının yerləşdiyi binada 28 may — Respublika Gününə həsr olunmuş ziyafət keçirilmişdi.

Əlaqədar

İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qətnamə qəbul edib

Əsas mövzular