21:57 02 Dekabr 2016
Canlı yayım
ABŞ səfiri Robert Sekuta

ABŞ Azərbaycanla enerji təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edir

apa.az
SİYASƏT
Qısa URL
6 0 0

ABŞ Azərbaycana neft və qaz resurslarının hasilatı və nəqli məsələsində kömək edir, deyə səfir Robert Sekuta bildirib.

BAKI, 2 iyun — Sputnik. ABŞ Azərbaycanla enerji, təhlükəsizlik, o cümlədən iqtisadiyyatın inkişafı sahəsində sıx əməkdaşlıq edir.

APA-nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

O qeyd edib ki, bu əməkdaşlığın әsas məqsədi Azərbaycanın sabit, çiçəklənən, inkişaf edən və demokratik bir ölkəyə çevrilmәsidir: "ABŞ-la Azərbaycan arasında  20 ildən çoxdur münasibətlər var. Ölkəmiz Azərbaycana neft və qaz resurslarının hasilatı və nəqli məsələsində kömək edir. Burada söhbət boru xətlərinin çəkilməsi və onların istehlakçılara çatdırılmasından gedir. Biz bu sahədə çox sıx əməkdaşlıq edir, Azərbaycanın bu işdə oynadığı rolu çox yüksək qiymətləndiririk".

Əsas mövzular