06:17 11 Dekabr 2016
Canlı yayım
Mixail Saakaşvili

Saakaşvili Gürcüstanı qorumaq üçün Odessada vəzifə tutub

15minut.org
SİYASƏT
Qısa URL
39 0 0

Mixail Saakaşvili: Əgər nə vaxtsa Odessa batsa, onda Gürcüstan da dünya xəritəsindən silinə bilər.

BAKI, 2 iyun – Sputnik. Odessa vilayətinin yeni qubernatoru Mixail Saakaşvili Ukraynada posta təyin olunmasını Gürcüstanın maraqları ilə izah edib.

“Odessa Gürcüstandakı situasiya ilə birbaşa əlaqədardır. Əgər nə vaxtsa Odessa, Allah eləməsin, batsa, onda Gürcüstan da dünya xəritəsindən silinə bilər. Onları bu birləşdirir” – deyə Saakaşvili BBC-nin rus xidmətinə müsahibəsində bildirib.

Sputnik-in məlumatına görə, Gürcüstanın eks-prezidentinin fikrincə, sözügedən regionu “Putinə qarşı cəbhə xətti” adlandırmaq olar və regionun geopolitikasına diqqətlə baxılsa, bunu açıq-aydın görmək mümkündür. Siyasətçi izah edib ki, o, Ukraynada korrupsiya ilə mübarizə aparmaq, həm Ukrayna, həm də bütün region üçün yeni standartların qurulmasında iştirak etmək niyyətindədir. 

Mayın 30-da Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşviliyə Ukrayna vətəndaşlığı verib. Növbəti gün isə onu Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri kimi təqdim edib. 

Mayın ortalarında sabiq Gürcüstan lideri Ukrayna prezidenti yanında İslahatlar Şurasının sədri postuna təyin edilmişdi.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Sonra sahibkarlıq fəaliyyətilə məşğul olan eks-prezident onun əleyhinə çoxlu cinayət işi qaldırılmış ölkəsində demək olar ki, yaşamayıb. 


Əlaqədar

Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib
Mixail Saakaşvilinin partiyasında parçalanma
Poroşenko Saakaşvilini Odessanın qubernatoru kimi təqdim edib

Əsas mövzular