21:57 02 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Polşa Aİ-də İlham Əliyevin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir

SİYASƏT
Qısa URL
4 0 0

Prezident İlham Əliyev Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKI, 2 iyun — Sputnik. Polşa Avropa İttifaqında Azərbaycan dövlət başçısı tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəkləyib.

Sputnik xəbər verir ki, bunu Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.

Prezident İlham Əliyev Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Pexoçinski deyib ki, ölkəsinin və özünün Avropa İttifaqında dövlətimizin başçısı tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər. 

Azərbaycan prezidenti öz növbəsində Yanuş Pexoçinskinin Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransında iştirakını ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, investisiya qoyuluşu, ticarət və digər sahələrdə bundan sonra da fəal şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Əsas mövzular