23:47 06 Dekabr 2016
Canlı yayım
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov

Novruz Məmmədov: beynəlxalq hüquq yalnız sözdə mövcuddur

apa.az
SİYASƏT
Qısa URL
6 0 0

Son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar.

BAKI, 2 iyun — Sputnik. Son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar.

Sputnik-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

Məmmədov bildirib ki, beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur: “Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır, Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ vizaları verilməsi qadağandır. Amma separatçı Bako Saakyana asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”. 

Əlaqədar

Rusiya Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyir
Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliyə sadiqdir
Karin Enström: Avropa Qarabağ münaqişəsinin həllinə diqqət ayırmalıdır
Moskvada Qarabağ münaqişəsi bölgəsindəki vəziyyət müzakirə olunub

Əsas mövzular