06:12 11 Dekabr 2016
Canlı yayım
ATƏT

ATƏT Şahtaxtinski ilə bağlı məsələyə şərh verməkdən imtina etdi

twitter.com
SİYASƏT
Qısa URL
48 0 0

ATƏT-in Bakı ofisi qurumun Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyətini dayandırması ilə bağlı məsələyə şərh verməkdən imtina edib.

BAKI, 1 iyun — Sputnik. ATƏT-in Bakı ofisi qurumun Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyətini dayandırması ilə bağlı məsələyə şərh verməkdən imtina edib.

Sputnik xəbər verir ki, bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırıldığınl bildirib: "Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Aleksis Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı", — deyə Məmmədov qeyd edib.

ATƏT-in Bakı ofisi Şahtaxtinskinin fəaliyyətinin dondurulması ilə bağlı şərh verməkdən imtina edərək  ətraflı məlumat əldə etmək üçün təşkilatın Vyanada yerləşən baş ofisinə müraciət etməyi tövsiyyə etdilər.

Diplomatik mənbələrdən Sputnik-ə verilən məlumatda isə bildirlir ki, cari il mayın 31-də Şahtaxtinckinin  müqavilə müddəti başa çatdığından onun geri çağırılması ilə bağlı ATƏT-in Vyana ofisi qərar verib: “Onun fəaliyyətinin dayandrılmasına Azərbaycan prezidenti  ilə şəkil çəkdirməsinin səbəb olması barədə söylənilən fikirlər həqiqəti əks etdirmir.”


Əsas mövzular