06:12 11 Dekabr 2016
Canlı yayım
SİYASƏT

Serbiya prezidenti Azərbaycana səfərə gələcək

SİYASƏT
Qısa URL
2 0 0

Serbiyanın prezidenti Tomislav Nikoliçin Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirakı gözlənilir.

BAKI, 1 iyun — Sputnik. Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycana səfərə gələcək. 

Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Respublikası baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç deyib.

Onun sözlərinə görə,  Azərbaycanla Serbiya arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və dinamik inkişaf edir: “Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik və hazırda təhsil sahəsində də əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik.”

Birinci Avropa oyunlarına hazırlıq və ölkəsinin bu oyunlarda iştirakına toxunan Daçiç bildirib ki, Serbiya Birinci Avropa oyunlarında geniş tərkiblə iştirak edəcək: “Serbiyanı bu oyunlarda 132 idmançı təmsil edəcək. Hətta Serbiyanın prezidenti Tomislav Nikoliçin Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirakı gözlənilir.”


Əsas mövzular