10:00 08 Dekabr 2016
Canlı yayım
Avropa İttifaqı

Azərbaycan-Avropa münasibətlərində “maska” böhranı

vesti.az
SİYASƏT
Qısa URL
46 0 0

Ekspert Razi Nurullayevin fikrincə, son dövrlərdə Rusiya ilə Azərbaycan arasında ciddi yaxınlaşma var və bu əlaqələr getdikcə daha da dərinləşir.

BAKI, 1 iyun – Sputnik. Artıq neçə aydır ki, Azərbaycanla Avropa Şurası arasında ikitərəfli əlaqələrdə soyuqluq müşahidə olunur. 

Lakin hər iki tərəfin təmsilçiləri müəyyən dövrədək qarşılıqlı ittihamlar irəli sürərkən müəyyən ölçü səviyyəsindən kənara çıxmamağa çalışırdılar. Bu ənənə millət vəkili Siyavuş Novruzovun 29 may tarixində Milli Məclisdəki çıxışınadək davam etdi. 

Həmin andan etibarən münasibətləri tam yeni müstəviyə keçmiş saymaq olar. Hakim partiyadan olan deputat Novruzov parlamentdəki nitqində açıq-aşkar şəkildə Avropa Şurası və birbaşa onun rəhbəri Martin Şults əleyhinə çox sərt bəyanatlar səsləndirdi. O, qurumun rəhbərini ikiüzlü və satqın olmaqda təqsirləndirdi. 

İqtidar partiyasından olan millət vəkili iddia edir ki, Avropa parlamentinin prezidenti erməni lobbisinin təsiri altındadır və Azərbaycanın sürətli inkişafını, tərəqqisini həzm edə bilmir. 

"Martin Şultsun maskası artıq cırılıb, iç üzü ortaya çıxıb. O, hazırda ölkəmiz əleyhinə erməni lobbisinin təhriki ilə müxtəlif tədbirlər keçirir. İyunun 12-də Azərbaycanda 1-ci Avropa Oyunlarının açılışıdır. Ayın 10-da isə Şults rəhbərliyində dünyada görünməmiş ad altında “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil ediləcək. Bu isə birbaşa Azərbaycanın əleyhinə yönəlib", deyə Novruzov bildirib.

Bir çox məsələdə millət vəkilinin haqlı olduğu tərəflər göz ardı edilməməlidir. Məsələn, Avropa İttifaqı Moldova, Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsində qəti mövqe sərgiləyir və bəyan edir ki, bu ölkələrin ərazi bütövlüyünün bərpa olunması, işğalın aradan qaldırılması istiqamətində sonadək əlindən gələni edəcək.

Ancaq Dağlıq Qarabağ məsələsində bu cür mövqe nədənsə sərgilənmir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ideyasından imtina edilir. Üstəlik Azərbaycanın qarşısına insan haqları, demokratiya, iqtisadiyyatın liberallaşması kimi tələblər qoyulur. Bu isə Azərbaycan tərəfini qıcıqlandırır. Rəsmi Bakını Rusiyaya tərəf meylləndirən əsas amil də məhz budur. Yeni Demokratiya hərəkatının təsisçisi, politoloq Razi Nurullayev bu fikirdədir. 

Razi Nurullayev
Sputnik.az
Razi Nurullayev

Nurullayev hesab edir ki, son dövrlərdə Rusiya ilə Azərbaycan arasında ciddi yaxınlaşma var və bu əlaqələr getdikcə daha da dərinləşir.

"Azərbaycan tədricən Rusiyaya tərəf meyllənməyə başlayıb. Rusiya da çox yaxşı başa düşür ki, Azərbaycanı əldə etmək üçün Qarabağ məsələsində irəliləyiş olmalıdır. Ancaq, Ermənistan onun forpostu olduğu üçün Rusiya bu ölkəyə birbaşa təzyiq göstərib torpaqları işğaldan azad etmək iqtidarında deyil. Burada yeganə variant var. Dağlıq Qarabağ ətrafındakı işğal edilib bufer zona kimi saxlanılan 6 rayonun işğaldan azad edilməsi. Hazırda danışıqlar masasında da bu təkliflər var. Rusiya buna nail olmaq istəyir. Ermənistana öz adından və Azərbaycanın adından təminat verəcək ki, bu rayonlar işğaldan azad olunandan sonra yerdə qalan torpaqlar müharibə yolu ilə azad olunmayacaq. Prosesin nəticəsi olaraq Azərbaycan Avrasiya Birliyinə qoşulmaqla bağlı konkret addımlar atacaq", deyə Nurullayev bildirib.

Münasibətlərin gərgin və soyuq olmasına baxmayaraq, Avropa-Azərbaycan əlaqələrinin daha da zəifləyəcəyi, əlaqələrin kəsiləcəyi ehtimal edilmir.

Əlaqədar

Deputat: Martin Şults öz dəyərlərinə xəyanət edir
Karin Enström: Avropa Qarabağ münaqişəsinin həllinə diqqət ayırmalıdır
Avropa İttifaqı Azərbaycana ümid edir

Əsas mövzular