02:26 05 Dekabr 2016
Canlı yayım
FOTO

Azərbaycanda bu da varmış gölün içində qəbiristanlıq

Qısa URL
504 0 0
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Hacı Cəfərqulu hamamı
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
  • Kürdəxanı qəsəbəsi
© Sputnik / Irade CELIL
Bəzi mənbələrə görə, əvvəllər Kürdəxanı üçtərəfdən dənizlə əhatə olunubmuş.

Sakinlər burada balıq tuturlar. Gölün bir hissəsi balıq tutanların məskəni, digər tərəfi isə məzarlıqdır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 okt — Sputnik. Bakının bir qəsəbəsi (kənd də hesab olunur) var. Deyilənə görə, burada iki min il əvvəl də yaşayış olub.

"Kürdəxanı" sözünün bir neçə mənası var. Bəzi mənbələrdə bu yerin adının mənası "bıçaq düzəldilən yer" kimi verilir. Tarixi mənbələrə görə, əvvəllər bu yer 3 tərəfdən dənizlə əhatə olunubmuş, sonradan su çəkilib. Kürdəxanı həm də tarixi abidələrin beşiyidir.

Zabratın su altında qalmış küçələri
© Sputnik / Irade CELIL

Bir müddət öncə yolum bu qəsəbədən düşmüşdü. Ərazini gəzib tarixi abidələrlə tanış oldum, sakinlərlə söhbətləşdim. Maraqlı, sakit, səssiz və bir az da sirli kənddir Kürdəxanı.

Burada hamının "Yamin qalası" adı ilə tanıdğı uçuq bir qala var. Qalanın tarixçəsi də maraqlıdır. Kənd sakini Hacıbala dayı onun tarixçəsini danışır: "Deyilənə görə, bir gənc oğlan varmış. Bir gün bu gənc ruhi xəstəliyə tutulur. Kənd əhli nə qədər çalışsa da, oğlanın xəstəliyi keçmir. Hamı onun vəziyyətini başa düşüb, ona ianələr verirmiş. Yamin heç də hamının düşündüyü qədər ağılsız deyilmiş. Pulu toplayıb, daş alır və qala tikməyə başlayır. İstəmir ki, öləndən sonra unudulsun. Bir gün qala tikilib hazır olur. Və o gündən sonra hamı həmin qalanı "Yamin qalası" adlandırır".

Kəndin mərkəzi küçələri səliqəli olsa da, kənar küçələr demək olar ki, baxımsızdır. Kürdəxanıda vəziyyət digər qəsəbələrlə müqayisədə daha acınacaqlıdır. Ən dəhşətlisi isə odur ki, qəsəbə qəbirstanlığının bir hissəsi tamamilə su içindədir. Qəbirləri su basıb.

Və daha da ilginc tərəfi var. Bu ərazidə qəsəbə sakinləri heyvan otarır, qəbirləri də ağuşuna almış göldə balıq tuturlar. Yəni gölün bir hissəsi balıq tutanların məskəni, digər tərəfi isə məzarlıqdır.

Kənd sakini Bədirin sözlərinə görə, burada tutulan balıqlar satış üçün deyil: "Əksəriyyəti özü üçün tutur. Çünki balıqlar çox balacadır. Ancaq bəzi balıqçılar var ki, imkansızlıqdan, tutduqları balığı satıb evinə çörək pulu aparırlar".

Həvəskar balıqçı Əlövsət kişi isə, buraya əsəblərini sakitləşdirmək üçün gəldiyini deyir: "Təqaüdə çıxandan sonra evdə darıxıram. Elə ki, axşamüstü olur, tilovu götürüb gəlirəm bura. Günün altında çox qalmaq olmaz. Amma hava qaralana qədər 2-3 kilo balıq tutmaq olur. Bəzən isə, ümumiyyətlə balıq çıxmır tilova".

Ərazidə qamışlar insan boyunu keçib. Ayağını yerə basanda topuğuna qədər palçığa batırsan, ayağını palçıqdan güclə çıxarırsan. Torpağı da gillidir.

Yerli əhali əvvəllər bu ərazilərdə yaşayış olmadığını, sonradan müxtəlif bölgələrdən insanların gəldiklərini və kəndin bataqlıq, göl olan hissəsində məskunlaşdıqlarını deyir. Kəndin mərkəzində torpağın sotu 5000 manata olsa da, bu yerlərdə qiymət 1500 manatdır. Bu da imkansız təbəqə üçün çox əlverişlidir. Amma bir problem var ki, yayda üfunət, milçək, ağcaqanad əlindən tərpənmək olmur.

Kürdəxanı o qədər böyük kənd olmasa da, bir çox istedadlar yetişdirib. Vasim Məmmədəliyev, Baba Pünhan, Xanım Qafarova, İlhamə Quliyeva kimi tanınmışlar bu kənddə doğulub-böyüyüblər.

P. S.

Kürdəxanıda son illər müəmmalı hadisələr baş verir. Xüsusən də son 5 ildə 113 nömrəli məktəbin şagirdlərinin intiharı bu qəsəbədə hələ də müzakirə mövzusudur. Bu barədə isə sonrakı yazıda tanış olacaqsınız…

Əlaqədar

Azərbaycanın "Qabrovo"sunda unudulmaz gün
Unudulmaq üzrə olan qədim arx və çarəsiz insanlar...
Kənd sakinlərinin səsinə səs verən yoxdur
"Taleyin ümidinə qalmışıq..."
"Başımıza daha böyük bəlalar gəlmədən bu problemi həll etsinlər"
Bu kənddə almanların ruhu dolaşır
Teqlər:
göl, "Yamin qalası", Kürdəxanı, kənd, qəsəbə, qəbiristanlıq, Bakı

  • Azərbaycan Yelkənli qayıq idmanı federasiyasının qış məşqləri
    Last update: 18:24 30.11.2016
    18:24 30.11.2016

    Yelkənli qayıqsürmə – “Optimist” və “Laser”lərlə yarışlar

    Azərbaycanın coğrafi mövqeyi və iqlimi son illər fəal olaraq inkişaf etməkdə olan yelkənli idmanı üçün olduqca əlverişlidir. Gənc idmançılarımız artıq beynəlxalq qayıqsürmə yarışlarında iştirak edərək, yüksək nailiyyətlərə imza atıblar.

    318
    49
  • Şəkidə vaxtsız yağan qar
    Last update: 14:56 24.11.2016
    14:56 24.11.2016

    Şimal-qərb bölgəsindən möhtəşəm görüntülər

    Noyabrın 22-dən 23-nə keçən gecədən başlayan qar Azərbaycanın Şəki-Balakən bölgəsində ciddi problemlər yaşatmaqla yanaşı, insanı valeh edən görüntülər də meydana çıxıb.

    1361
    17
  • Paytaxtda ilk qar
    Last update: 14:20 23.11.2016
    14:20 23.11.2016

    Paytaxtda ilk qar

    Noyabrın 22-dən 23-nə keçən gecə Bakıdakı termometrlər -2 dərəcəni göstərirdi və bu ilin ilk qarı yağdı. Artıq səhər maşınların üstü, parklar və yollar nazik qar qatı ilə örtülmüşdü.

    14
    18
  • Dünya Xəbər Agentliklərinin V Konqresi
    Last update: 18:19 17.11.2016
    18:19 17.11.2016

    Dünya xəbər agentlikləri nümayəndələrinin Bakı görüşü

    Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində, Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçirilib.

    42
    16

Əsas mövzular