SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asim Mollazadə Azərbaycanın dünyadakı önəmindən danışdı

Abunə olmaq
Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

BAKI, 23 okt — Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. 

Qızlar Universitetində baş tutan görüşdə, millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib. 

Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunan Asim Mollazadə Azərbaycanın dünyadakı önəmi və inkişaf strategiyası barədə fikirlərini bildirib. Dünyada baş verən proseslər, neftin qiymətlərinin aşağı düşməsi səbəbindən yaranmış böhran, Qarabağ problemi ilə bağlı mövcud vəziyyət, bu  müstəvidə ordu quruculuğu,  ölkədə məmur probleminin aradan qaldırılması istiqamətində görülən işlər, elektron hökumətin və “ASAN xidmət” sisteminin üstünlükləri barədə fikirlərini seçicilərlə bölüşüb.

Son illərdə Nəsimi rayonunda yerləşən təhsil ocaqlarında aparılan islahatlardan, məktəb və universitetlərin binalarının təmir edilərək təhsil üçün yararlı hala salınmasından, təhsilimizin Boloniya sisteminə inteqrasiyasının əhəmiyyətindən bəhs edib. Azərbaycan gənclərinin humanitar sahələrə daha çox meylli olduqlarını qeyd edən millət vəkili, ölkəmizdə texniki sahənin mütəxəssislərinə, güclü mühəndislərə, İT sahəsinin peşəkarlarına böyük ehtiyac olduğunu bildirib. Ölkə gənclərini peşə seçiminə diqqət etməyə, dünyadakı rəqabətlə ayaqlaşacaq səviyyədə hazırlıqlı olmağa çağırıb. 

Seçicilərin təhsil, evlərin sənədləşdirilməsi, gənclərin işlə təmin olunması ilə bağlı suallarını cavablandırıb. 

Asim Mollazadənin seçicilərlə görüşü
Asim Mollazadənin seçicilərlə görüşü - Sputnik Azərbaycan
1/3
Asim Mollazadənin seçicilərlə görüşü
Asim Mollazadənin seçicilərlə görüşü
Asim Mollazadənin seçicilərlə görüşü - Sputnik Azərbaycan
2/3
Asim Mollazadənin seçicilərlə görüşü
Asim Mollazadənin seçicilərlə görüşü
Asim Mollazadənin seçicilərlə görüşü - Sputnik Azərbaycan
3/3
Asim Mollazadənin seçicilərlə görüşü
1/3
Asim Mollazadənin seçicilərlə görüşü
2/3
Asim Mollazadənin seçicilərlə görüşü
3/3
Asim Mollazadənin seçicilərlə görüşü

Seçicilər də öz növbələrində Asim Mollazadəyə həmişə onları maraqlandıran məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər. Asim Mollazadənin ölkəmizdə təhsilin inkişafı, səhiyyə sisteminin islahatları, Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiəsi  istiqamətində  fəaliyyətini yüksək qiymətləndiriblər. 

Xəbər lenti
0