SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov 19 saylı DSK-ya xəbərdarlıq etdi

© AZƏRTAC gsr.fmMSK sәdri Mәzahir Pәnahov
MSK sәdri Mәzahir Pәnahov - Sputnik Azərbaycan
Abunə olmaq
MSK sıdri: 19 saylı Nərimanov Birinci Seçki Dairəsi və digər 1-2 dairədə deputatlığa namizədliyi irəli sürülmüş şəxslərə qərarların, sənədlərin tam təqdim olunmaması hallarına bir neçə dəfə rast gəlinib

BAKI, 9 okt — Sputnik. “Dairə seçki komissiyalarının mütləq əksəriyyətinin fəaliyyəti normaldır, sənədlərin tərtibatı və təqdim edilməsi sahəsində hər hansı problem yoxdur. Ancaq 19 saylı Nərimanov Birinci Seçki Dairəsi və digər 1-2 dairədə deputatlığa namizədliyi irəli sürülmüş şəxslərə qərarların, sənədlərin tam təqdim olunmaması hallarına bir neçə dəfə rast gəlinib”. 

Sputnik-in məlumatına görə, bunu 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılarkən  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 

M. Pənahov bildirib ki,  bu DSK-larda ya DSK sədri yerində deyil, ya da deputatlığa namizədliyi irəli sürülmüş şəxsə sənədləri təqdim edən şəxs bu işi tam bilmir: “Biz 19 saylı Nərimanov Birinci Seçki Dairəsi barədə belə şikayətləri ilk dəfə eşitmirik. Biz belə dairə seçki komissiyalarını müəyyənləşdirməli, bu məsələ ilə məşğul olmalıyıq”.  

M. Pənahov MSK-nın işçi qrupunun araşdırmasının isə obyektiv aparıldığını vurğulayıb: “MSK-nın işçi qrupunun araşdırması tam əhatəli, obyektivdir və istənilən deputatlığa namizədliyi irəli sürülən şəxs də bu araşdırmanın nəticələri ilə tanış ola bilərlər”.  

Qeyd edək ki, MSK 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətini əsassız sayıb, DSK-nın qərarı qüvvədə saxlanılıb.

Xəbər lenti
0