CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident paytaxtda görülən yenidənqurma işləri ilə tanış olub

© AFP 2023 / PHILIPPE WOJAZER / POOLMehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısına görülən işlər barədə məlumat verilib

BAKI, 26 dek — Sputnik. Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub. Sputnik xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev paytaxtda yeni yaradılan park kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə də tanış olublar. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib. Prezident küçənin rəmzi açılışını bildirən lenti kəsib.

Bu gün, həmçinin prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər. Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Nəhayət, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olublar. Dövlət başçısına və xanımına "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.

Xəbər lenti
0