06:19 19 Yanvar 2017
Canlı yayım
Патриарх Московский и всея Руси Кирилл, архивное фото

Patriarx: İlham Əliyevi ən çətin məsələləri həll edə bilən siyasi xadim kimi tanıyırlar

© Sputnik / Sergey Pyatakov
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb.

BAKI, 24 dek — Sputnik. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Sputnik-in xəbərinə görə, təbrik məktubunda deyilir: "Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dünyada Sizi ən çətin məsələləri həll etməyə qadir olan təcrübəli və əsl peşəkar siyasi xadim kimi tanıyırlar. Siz hörmətli atanız Heydər Əlirza oğlunun siyasətini davam etdirərək ali dövləti vəzifədə fədakarcasına Vətənin və xalqın rifahına xidmət edirsiniz.

Bu gün Azərbaycan sosial-iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edir. Sevindirici haldır ki, Siz öz fəaliyyətinizdə respublikada millətlərarası və dinlərarası sülhün dəstəklənməsinə də böyük önəm verirsiniz.

Əminəm ki, dövlət hakimiyyəti ilə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunub saxlanmasına və ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə yönələn səmərəli qarşılıqlı fəaliyyəti daha da möhkəmlənəcək.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, mənəvi rahatlıq, bütün xeyirxah işlərdə və təşəbbüslərdə uğurlar diləyirəm".

Əsas mövzular