Həlak olan neftçinin adı açıqlandı

© Sputnik / Murad OrujovSOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov
SOCAR-ın Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
Estakadada olan neftçilər arasında sağ qalanların ola biləcəyinə hələ də ümid var

BAKI, 15 dek — Sputnik. "Qəza zamanı estakadada olan neftçilər arasında sağ qalanların ola biləcəyinə hələ də ümid var". Sputnik-in məlumatına görə, bunu SOCAR-ın baş mühəndisi Balamirzə Ağarəhimov, bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nəriman Nərimanov adına NQÇİ-də neftçilərin itkin düşməsi ilə bağlı Azneft İB-da mətbuat konfransı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəzərdə itkin düşmüş neftçilərlə bağlı yeni xəbər

O, qeyd edib ki, bütün işçilərdə xilasedici jiletlər olub: "Çünki bu, işçilərin təhlükəsizliyi üçün olan tələblərdən biridir. Axtarışlar uzun müddət davam etdiriləcək. Hələ də qəza yerində sağ qalmış neftçilərin ola biləcəyinə ümid var".

Ağarəhimovun sözlərinə görə, axtarışlar Səngəçal qəsəbəsinin sahilyanı zolağında, Ələt 41 ərazisində aparılır: "Çünki həlak olan neftçinin cəsədi həmin bölgədən tapılıb".

SOCAR nümayəndəsi qeyd edib ki, onların axtarışı üçün mümkün olan bütün vasitələrdən istifadə edilir: "Axtarış işləri suyun üzərində olduğu kimi, dalğıcların köməyi ilə suyun altında da aparılacaq. Bütün işçilərin qohumlarına baş vermiş qəza ilə bağlı məlumat verilib".

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində növbəti faciə baş verib. Saniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. SOCAR itkin düşənlərin siyahısını da təqdim edib: 1. Zülfüqarov Güloglan — maşinist 2. Zülfüqarov Azay — operator 3. Qurbanov Vidadi — operator 4. Həsənov Elçin — mexanik 5. Hacıəliyev Həsənağa — operator 6. Qafarov İlham — operator 7. Əsədov Samir — operator 8. Bəhramov Cavid — operator 9. Abbasov Ramiz — maşinist 10. Rüstəmov Qorxmaz — operator. Hazırda neftçilərdən biri — operator İlham Qafarovun cəsədi tapılıb.

Xəbər lenti
0