Yollar buz bağlayacaq

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

BAKI, 8 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 9-da hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclü cənub-qərb küləyi əsəcək.

Qaxda qar - Sputnik Azərbaycan
Hava yenidən dəyişir: qar yağacaq, covğun olacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Nazirlik xəbərdarlıq da edir: Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə: Dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.

Xəbər lenti
0