Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlin üç ən yaxşı futbolçusunun adı açıqlandı

© REUTERS / Ricardo MoraesLionel Messi Çili yığmasına qarşı oyundakı məğlubiyyətdən sonra
Lionel Messi Çili yığmasına qarşı oyundakı məğlubiyyətdən sonra - Sputnik Azərbaycan
Abunə olmaq
FIFA 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.

BAKI, 2 dek-Sputnik. Beynəlxalq Futbol Federasiyası (FIFA) 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.

Sputnik-in məlumatına görə, final üçlüyünə Madridin "Real" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, Madridin "Atletiko" komandasının və Fransa yığmasının hücumçusu Antuan Qrizman, "Barselona"nın və Argentina komandasının hücumçusu Lionel Messi daxildir.

Namizədlər arasında favorit ötən mövsümdə "Real"ın heyətində Çempionlar Liqasının qalibi və Portuqaliya millisinin tərkibində Avropa çempionu olmuş Kriştiano Ronaldo hesab edilir.

Bu gün FIFA, həmçinin 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədləri də elan edib. Onlar "Lester" komandasını İngiltərə Premyer-liqasında sensasiyalı çempionluğa gətirib çıxarmış italiyalı Klaudio Ranieri, Avropa çempionu olmuş Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş və "Real"ın baş məşqçisi Zinəddin Zidandır.

Ən yaxşıların adları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək illik mərasimdə açıqlanacaq.

Xəbər lenti
0